vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞOU BİZNES  
17:15 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 1877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uokerin sərvəti qızına qaldı

Mərhum aktyorun atası məhkəməyə müraciət edib

İnformasiya şöbəsi

2013-cü il dekabrın 1-də avtomobil qəzasında faciəli şəkildə vəfat edən aktyor Paul Uokerin 25 milyon dollarlıq mirasının sahibi açıqlanıb.

Vaxtsız ölümü ilə pərəstişkarlarını yasa boğan aktyor milyonlarla dollarlıq mal varlığının hamısını qızına qoyubmuş.

Uokerin atası isə həyat yoldaşı Çerilin yetkinlik yaşına çatmayan qızın vəlayətini boynuna götürməsi üçün məhkəməyə müraciət edib. 15 yaşlı Midou Uolker (Meadow Walker) anası Rebekka Soteros ilə birlikdə yaşayır.

Xatırladaq ki, kinosevərlərin çoxseriyalı «Forsaj» çoxserialı filmindən tanıdığı 40 yaşlı Paul Uoker dostunun yüksək sürətlə idarə etdiyi Porsche Carrera GT avtomobilinin ağaca çırpılması nəticəsində həlak olmuşdu. Filmin növbəti seriyasında baş qəhrəmanın rolu mərhum aktyorun kiçik qardaşı 25 yaşlı Keydi Uolkerə (Cady Walker) təklif olunub.