vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
18:36 | 4 yanvar 2018 | Cümə axşamı Məqaləyə 2847 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-nın «işi»nin güzgüsü

Hər 15 oyundan biri baş tutmayıb!

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA İntizam Komitəsi 2017-ci ilin son 3 ayı ərzində AFFA-nın təşkil etdiyi müxtəlif yarışlarda 52 texniki məğlubiyyət qeydə alıb. Bunların hamısı uşaq liqalarında, qızların çempionatında və Region Liqasında reallaşanlardı.

Futbolinfo.az texniki məğlubiyyətlərin statistikasını hazırlayıb, açıqladıqdan sonra AFFA-nın bacarıqsızlığı, işlərin səriştəsiz görülməsi ifşa olundu. Qurum isə tələsik bütün liqaların statistikasını açıqlamağa məcbur oldu. Məlum oldu ki, əsas problem qızlar liqasında imiş.

Düzdür, bu, AFFA-nın məsuliyyət yükünü azaltmır. Amma qurum istiqaməti qadınların üzərinə yönəltməklə, problemin özləri ilə bağlı olmadığını, sadəcə, ölkədə qadın futboluna marağın azlığını, insanların bu sahəyə yanaşmasının fərqləndiyini qabartmağa çalışdı. Guya ki, AFFA yaxşı işləyir, sadəcə, qadın futbolunda mentalitetdən irəli gələn problemlər var.

 

Texniki məğlubiyyət – 52

Yetərsay olmamasına görə - 17

İştirak etməməyə görə - 24

Lisenziyası olmayana görə - 6

Yaş limitinin pozulmasına görə - 4

Təhlükəsizlik təmin olunmadığına görə - 1

Kənarlaşdırma - 3

 

İndi də AFFA-nın açıqladığı siyahıya diqqət edək. Hesabatdan aydın olur ki, uşaq liqalarında cari mövsümün 3 ayı ərzində keçirilməli olan 3393 oyundan 3358-i baş tutub. Bu isə bütün liqa oyunlarının təxminən 99 faizinin keçirilməsi deməkdi.

AFFA-nın təşkil etdiyi qızlar liqalarında davam edən mövsümdə 269 oyun keçirilib, 18 qarşılaşmada isə texniki məğlubiyyət qeydə alınıb. Bu, matçların 6,7 faizinin baş tutmaması deməkdir. Yəni ki, hər 15 oyundan biri baş tutmayıb.

Təbii ki, bu, böyük rəqəmdir. AFFA hesabatlarında bu rəqəmlər gizlətməyə çalışsa da, reallıq ortadadır. Azərbaycanda kişi futbolunda düz-əməlli nəticələr yox ikən, baş katib Elxan Məmmədovun, bu sahə üzrə UEFA kuratoru olduğuna görə, ölkə klublarını məcburən qadın futbol komandaları saxlamağa  məcbur etməsi anormaldır. Assosiasiyanın büdcəsini perspektivi olmayan istiqamətə yönəltmək, pulları havaya səpmək ağılsızlıqdır.

Görəsən, AFFA digər sahə futbol federasiyaları ilə bağlı hesabatları nə vaxt açıqlayacaq? Məsələn, baş katibin dostu Fərid Novruzinin rəhbərlik etdiyi Çimərlik Futbol Federasiyası ilə bağlı…

CAVAD