vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:18 | 19 yanvar 2018 | Cümə Məqaləyə 7121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanın İran «nəfəsliyi» kiçilir

Ermənistanın cənub qonşumuzla iqtisadi əlaqələri keçən il minimuma, yeni dəmiryolu layihəsi isə düyünə düşüb; «Yaxşılaşma o vaxt olacaq ki...»

Analitik xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ermənistanın paytaxtı İrəvanda təzə ilin ilk ən kütləvi etiraz aksiyası start götürəcək. Aksiya yanvarın 1-dən sonra gündəlik tələbat mallarının, benzin və sıxılmış qazın bahalaşması ilə birbaşa bağlıdır. Nümayişin təşəbbüskarı isə parlamentdəki müxalif «Yelk» blokudur.

Gözlənildiyi kimi, etirazlarla bağlı artıq hakimiyyət ön tədbirlər görməyə başlayıb və situasiyanı yumşaltmağa, əhalini sakitləşdirməyə çalışır. Eyni məqsədlə yanvarın 23-nə parlamentdə bahalaşma mövzusunda dinləmələr təyin edilib. Hökumətin təyin elədiyi xüsusi komissiya qiymətlərin təftişinə başlayıb.

 

***

 

Məsələn, komissiya üzvü A.Şaboyanın sözlərinə görə, benzin bazarında qiymətlər təftiş edilib və bu zaman məlum olub ki, qonşu Gürcüstanda və Ermənistanda benzin təxminən eyni qiymətə satılır. «Bundan əlavə, erməni və gürcü benzinin qiymətləri müqayisəyə gələn deyil. Biz benzini əsasən Rusiyadan, Rumıniya və Bolqarıstandan gətiririk, Gürcüstan isə - Azərbaycan və Türkmənistandan alır. Bundan əlavə, biz benzini Gürcüstan ərazisindən dəmir yolu ilə gətiririk ki, bu da qiymətə ciddi təsir göstərir», - deyə komissiya üzvü bahalaşmaya haqq qazandırmağa çalışıb.

«İnsanların bu haqda (bahalaşma haqda - A.X.) çox fikirləşməsi məni narahat edir». Bu sözləri isə hakim Respublikaçılar Partiyasından olan deputat Qalust Saakyan qiymətlər mövzusunda jurnalistlərlə söhbət zamanı deyib. «Mən həmçinin xalqı yaxşı tanıyıram və onun istəklərini bilirəm. Sadəcə, müxalifət öz mövqeyini keçirmək istəyir», - deyə o iddia edib.

Hakimiyyəti təmizə çıxarmağa çalışan iqtidar deputatı daha sonra iddia edib ki, qiymətlər heç də hakimiyyətin üzündən qalxmayıb: «Bütün dünyada bahalaşma gedir. Parlament tezliklə dinləmələr keçirəcək və hökumət qərarları təqdim eləməlidir».

 

***

 

İşğalçı ölkənin düşdüyü ağır sosial-iqtisadi durum sözsüz ki, ən əvvəl onun Dağlıq Qarabağ məsələsinə görə illərdir blokadada olması, bunun məntiqi nəticəsi kimi də iqtisadi inkişafın yerində sayması, Ermənistanın xarici sərmayədarlar üçün cəlbedici olmaması ilə birbaşa bağlıdır. Nəinki dünya okeanına, hətta nəqliyyat əhəmiyyətli hər hansı iri çaya belə, çıxışın olmaması onun iqtisadi durumunu daha da ağırlaşdırır. Ermənistan bu vəziyyətdə iqtisadi-ticari baxımdan nə region, nə də digər ölkələr üçün ciddi önəm kəsb eləmir - nəyi ki, indi yerli iqtisadçılar da etiraf edirlər.

O sırada işğalçı ölkə üçün onun çox güvəndiyi İran da əlçatmaz olaraq qalır. Çünki cənub qonşumuzdan ötrü istər tranzit anlamında, istərsə də böyük və əlverişli bazarlar mənasında Azərbaycan qat-qat sərfəli ölkə və strateji tərəfdaşdır. Azərbaycan, İran və Rusiyanın iştirakı ilə qurulmaqda olan «Şimal-Cənub» nəqliyyat dəhlizi buna bariz sübutdur və Ermənistanın təcridini daha da gücləndirəcək.

Söz düşmüşkən, bu il layihə ilə bağlı Azərbaycan, İran və Rusiya prezidentlərinin nəzərdə tutulan növbəti üçlü görüşü Moskvada keçiriləcək. Keçən ilin oktyabrında istismara verilən və Ermənistandan yan keçən Bakı-Tiflis-Qars dəmir yolu («Dəmir İpək Yolu») isə işğalçı ölkəni regional iqtisadi proseslərin bir az da ucqarına itələmiş olacaq.

Həmçinin Gürcüstan tərəfdən yeni dəhlizin (Abxaziya dəmir yolu) acılmasına bəslənən ümidlərin fiasko olması nəzərə alınarsa, baş verənlər Ermənistan rəhbərliyini təlaşlandırmaya bilməz. Fakt budur ki, Ermənistan ətrafından bütün bazarlar artıq tutulub, dairə daralıb. İrəvanın ələlxüsus İranla iqtisadi-ticari əlaqələri dərinləşdirmək cəhdləri boşa çıxmaqdadır.

 

***

 

«Keçən il İranla bizim ticarət dövriyyəmizin həcmi 62.5 milyon dollar olub (müqayisə üçün: Azərbaycanla ticarət dövriyyəsi müvafiq dövrdə 257 milyon dollar təşkil edib - A.X.) İranın əhalisi nəzərə alınarsa, bu, çox cüzi rəqəmdir. Bizim idxal və ixracla bağlı ən kiçik artımımız məhz İran bazarında olub. Biz iranlı bütün tərəfdaşlarımıza deyirik ki, sizin burada görə biləcəyiniz çox işlər var. Sıçrayışa nail olmaq üçün hər cür potensial mövcuddur». Erməni mətbuatının verdiyi xəbərə görə, bu sözləri baş nazir Karen Karapetyan dünən parlamentdəki dinləmələr zamanı deputatlardan birinin sualını cavablandırarkən deyib.

O, İranla Ermənistan arasında dəmir yolu inşasının baş tutmamasına da münasibət bildirib. «Tərəflər arasında dəmiryolu qurulacaqmı? Bu, mal axınından asılı olacaq. Fikrimcə, belə bir dəmir yolunun inşası məqsəd yox, vasitə olmalıdır. Biz bu məsələyə bazar aktivləşəndə qayıdacağıq», - deyə baş nazir əlavə edib.

 

***

 

Ermənistanın xariclə ticari bazarı isə Qarabağ məsələsinin həllində real dönüş olmayınca heç vaxt nə fəallaşacaq, nə də dirçələcək. Bunu baş nazir Karapetyan yəqin ki, hamıdan yaxşı bilir. Onu da bilməmiş deyil ki, keçən il onun Tiflisə elədiyi iki günlük səfər çərçivəsində (az sonra prezident Serj Sərkisyan da eyni məqsədlə Gürcüstanda olmuşdu) Abxaziya dəmiryolunun açılmasına gürcü tərəfinin razılıq ala bilməməsi də müstəsna olaraq həll olunmamış Dağlıq Qarabağ konflikti ilə, Bakı-Tiflis münasibətlərinin dinamikası ilə birbaşa bağlıdır...