Təbriz universitetində «ana dilində tədris» tələbi
«Güney azərbaycanlılar ana dilinin qrammatikasını da öyrənmək istəyirlər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Elektron qandalla “azadlıq”
Daha bir siyasi fəal 100 milyon tümən girov qarşılığında həbsdən buraxılıb
-
Güneyli fəala şərti azadlıq
Milad Cəlil 100 milyon tümən girov qoyub
-
Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
«Güney azərbaycanlılar ana dilini ailəsindən, ya da kitablardan öyrənir», qonşu ölkənin Təbriz şəhərində yaşayan və dilçilik üzrə mütəxəssis BBC-yə danışır.
Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən güneyli azərbaycanlı deyir ki, hər il fevralın 21-i Beynəlxalq ana dili günü onların «yarasının qaysağını qoparır»: «Bizim, ana dili müdafiəçilərinin istəyi ana dilini öyrənmək deyil, ana dilində öyrənməkdir».
O əlavə edir ki, Güneyli bəzi azərbaycanlılar orta məktəblərdə tədrisin Azərbaycan dilində keçirilməyini istəyirlər: «Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar savadlı sayılmaq üçün 32 hərf öyrənməlidirlər, biz isə yeni bir dil öyrənməliyik, yəni, ikinci bir adam olmalıyıq. Bu da ikiqat əzabdır», deyə təbrizli dil mütəxəssisi bildirir ki, insan öz hisslərini heç bir halda ana dilindəki kimi ifadə edə bilməz.
«Kiçik şəhərlərdə ana dilini öyrədən kurslar yoxdur»
Güney Azərbaycanın iri şəhərlərində ana dilini öyrədən kurslar var, amma kiçik şəhərlərdə bu imkan yoxdur, BBC-nin müsahibi deyir.
«Güney azərbaycanlıların çoxu bu dili öz evində, analarından öyrənir. Uşaqlara bu dil, əsasən şifahi öyrədilir. Çoxları yalnız şifahi dili öyrənirdi, ancaq indi yeni nəsildə qrammatikanı öyrənməyə həvəs yaranıb», azərbaycanlı dilçi qeyd edir.
Onun sözlərinə görə, güneydə Azərbaycan dili üzrə mütəxəssislər var, amma kitablar, əsasən, ərəb əlifbasında olur. Heç Azərbaycan dilində olan kitabların da satışı qadağan deyil, onları kitabxanalarda və kitab mağazalarında tapmaq olur.
Bundan əlavə, Azərbaycan Respublikasına gedib-gələndə də arzuedənlərlə azərbaycanca kitab ala bilirlər. Onlar latın əlifbası ilə yazılsa da kitabları oxumaqda çətinlik çəkmirlər.
Bir neçə gün öncə Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri «ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib».
Kanadada yaşayan Güney azərbaycanlı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC-yə bildirib ki, güney azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər.
BBC-yə danışan təbrizli tələbələrin sözlərinə görə, «ana dilində tədris haqqını əldə etməyənədək» onlar dinc mübarizələrinə davam edəcəklər.