vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
12:07 | 20 aprel 2018 | Cümə Məqaləyə 1978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bəs sonra nə olacaq?”

İflic olmuş İrəvanda təşvişə düşən Sərkisyan soruşur ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Serj Sərkisyanın baş nazir olmasına etiraz olaraq müxalif deputat Nikol Paşinyanın başlatdığı etiraz hərəkatı davam edir. Minlərlə etirazçı bu gün səhərdən başlayaraq Yerevanın bir sıra metro stansiyalarının girişlərini, küçələri bağlayıb və yürüş edir. Yerevanla yanaşı ölkənin digər əsas şəhərlərində də gənclər, tələbələr küçələrə çıxıblar. Vanadzor, Gümrü, Qafan, Armavir kimi şəhərlərdə tələbələr polisin aqressiv davranışlarına baxmayaraq Sərkisyana qarşı etirazları davam etdirir.

Serj Sərkisyan isə günlərdir davam edən etiraz aksiyalarına nəhayət münasibət bildirib, “Şant” telekanalına müsahibəsində etirazçıları düşünməyə çağırıb. “Qanunsuz yollarla başqalarının haqlarını pozanlar dayanmalıdır və sual etməlidir-biz nə edirik?”

Kifayət qədər dilxor vəziyyətdə olan Sərkisyan bildirib ki, heç bir ölkədə bu cür hərəkətlər, vəziyyətin destablizasiyası uğur gətirməyib.

“Hamıya aydındır ki, destablizasiya nə vəd edir. Və ümumiyyətlə, hərəkətlərdə bir məntiq olmalıdır ya yox? Məntiq haradadır? Tutaq ki, onlar baş nazirin seçilməsini əngəllədilər. Tutaq ki, ikinci dəfə də əngəllədilər. Və sonra nə olacaq? Konstitusiyaya görə parlament buraxılmalıdır. Yenisini kim formalaşdıracaq? Həmin 20-30 adam? Kim? Seçkiləri kim keçirəcək? Həmin metodlarla? Güclə evlərə soxulub vətəndaşları seçki məntəqələrinə aparacaqlar və səs verməyə məcbur edəcəklər?”

Sərkisyanın sözlərinə görə, mitinqçilərin məqsədi ona aydın idi, etirazçılar parlamentdə səsverməni pozmaq istəyirdilər. Amma iclas baş tutdu, baş nazir seçildi

“İndi onlar nəyə nail olmaq istəyirlər? Binaya girib idarəçiliyi ələ almaq? Tutaq ki, hansısa məqamda buna nail oldular. Və onları kim tanıyacaq? Nədir, onlar legitim hakimiyyət olacaq? Serj Sərkisyan qeyri-legitim olacaq, xalqı qıcıqlandıracaq, onlar isə legitim hakimiyyət olub xalqı sakitləşdirəcəklər?” - Sərkisyan suallar yağdırıb.