vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:47 | 25 aprel 2018 | Çərşənbə Məqaləyə 2137 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan İrəvanı yenidən ayağa qaldırdı

Etrazçılar aeroport yolunu bağladı, indi də Karapetyana qarşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda etirazçılar hava limanına gedən yolu bağlayıblar. İrəvanın beynəlxalq hava limanı “Zvartnots” hava limanına gedən yoldu uzun maşın karvanından ibarət tıxac yaranıb.

Yolun bağlanması ilə əlaqədar insanlar hava limanına piyada getməli olurlar.

Qeyd edək ki, etrazçıların lideri Nikol Paşinyanın çağırışı ilə aprel 25-i saat 11:15-dən İrəvanda kütləvi mitinqlərə start verilib. Etirazçıların hazırki hədəfi hakim “Respublikaçılar” partiyasıdır.

 

***

 

“Yelk” (“Çıxış”) parlamet fraksiyasının lideri, Ermənistan müxalifətinin hazırda faktiki lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda bu gün etiraz aksiyaları yenidən başlayıb.

Vətəndaş itaətsizliyi aksiyasına səbəb N.Paşinyanla mövcud hakimiyyət arasında bu gün üçün nəzərdə tutulmuş danışıqların baş tutmamasıdır.

N.Paşinyan tərəfdarlarını İrəvandakı Respublika meydanına çağıraraq “xalqın “məxməri inqilabı”ının uğurlarını qoruyaq!” deyib.

“Yelk” fraksiyasının üzvü, “Maariflənmiş Ermənistan” partiyasının mənsubu Edmon Marukyanın dediyinə görə, Nikol Paşinyan baş nazir postuna namizəd ola bilər.

“Parlamentdə 40 mandatımız var. Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmək üçün 13 səs çatışmır. Ümid edirəm ki, bu səsləri iqtidardakı Ermənistan Respublika Partiyası və “Daşnaksutyun”dan ala bilərik. Elə bir vəziyyət yaranıb ki, Respublika Partiyası hakimiyyətdən imtina etməsə heç nə dəyişən deyil”, - E.Marukyan deyib.

“Orinas Yerkir” partiyası da N.Paşinyanı dəstəkləməyə hazırlaşır.

Bu arada Ermənistanın Vanadzor şəhərində Dövlət Universitetinin tələbələri etiraz aksiyasına başlayıblar.


***


Nikol Paşinyanın liderliyi ilə bu gün İrəvanın Respublika meydanında yenidən kütləvi etiraz aksiyası başlayıb.

Nikol Paşinyan bildirib ki, bu gün üçün hökumət nümayəndələri ilə görüş təklif etsə də, ötən gün məlum olub ki, baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla  görüş baş tutmayacaq.

Nikol Paşinyan bəyan edib ki, hakim partiya hakimiyyəti saxlamaq istəyir, buna görə də aksiyalar bu gündən bərpa olunur. Aksiyalarda hakimiyyətin dəyişməsi tələb olunur.

Qeyd edək ki, aprelin 13-də başlayan aksiyalar aprelin 23-də baş nazir Serj Sərkisyanın istefa verməsi ilə dayandırılmışdı.


***


İrəvanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb.

“Trend” xəbər verir ki, N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sərkisyan istefa verib. S.Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən İrəvanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.