vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
RƏY, REPLİKA  
23:21 | 5 yanvar 2013 | Şənbə Məqaləyə 1869 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AŞPA məruzəçisi hakimiyyəti təriflədi

«Düşünürlər ki, biz tamamilə hökumətə qarşı olmalıyıq»

ETİBAR

Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Pedro Aqramunt və Josef Debono Qrex tərəfindən Azərbaycana dair hazırlanan yeni məruzəsinin əvvəlki məruzələrindən fərqli olaraq tənqidi fikirlərlə zənginliyi diqqəti cəlb etdi. Azərbaycanın müxalifət cameəsi bunu məruzəçilərin nəhayət «kürü diplomatiyası»nın təsirindən çıxmasının əlaməti kimi qiymətləndirdi.

Lakin məruzəçilərdən Pedro Arqamunt BBC-nin Azərbaycan xidmətinə müsahibə verərək müxalifətin yanıldığını ortaya qoyub. Pedro Aqramunt məruzəni «obyektiv və balanslaşdırılmış» kimi səciyyələndirib. Eyni zamanda Azərbaycanın bütün öhdəliklərini yerinə yetirdiyini deyib: «Mən bu məruzənin başqalarına nisbətən daha tənqidi olmasından əmin deyiləm. Zənnimcə, bu, obyektiv və balanslaşdırılmış sənəddir. Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və düzgün istiqamətdə inkişaf edir. Hərçənd ki, bizim sənədimizdə əks etdirilməli qanunun aliliyi və demokratiya baxımından Azərbaycanda bir sıra problemlər var və biz onları sənədə daxil etmişik».
P.Arqamunt deyib ki, Bakıya son səfərləri zamanı «vətəndaş cəmiyyəti və müxalifətlə» görüşüb, lakin bundan əvvəlki səfərlərində «bəzi müxalifət liderləri» onlarla görüşdən imtina edib: «Bəzi siyasi partiyalar bizimlə görüşmək istəməyib. Mənə bunun dəqiq səbəbi məlum deyil. Mən mühüm müxalifət partiyaları olduğunu deyən 2-3 partiyanı nəzərdə tuturam. Həqiqət budur ki, onlar parlamentdə təmsil olunmayıb. Onlar məruzəçilərlə görüşdən imtina ediblər. Mən onların strategiyasını başa düşmürəm». Məruzəçi israrla onunla görüşməkdən imtina edən müxalifət liderlərinin adlarını açıqlamaq istəməyib: «Onlar düşünürlər ki, biz tamamilə Azərbaycan hökumətinə qarşı olmalıyıq. Biz isə hökumətə qarşı deyilik, biz müstəqilik. Onlar bunu başa düşə bilmirlər».
Məruzəçi bildirib ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi baxımından tərəqqi aydın görünür. Son bir neçə il ərzində siyasi vəziyyət yaxşılaşmağa doğru gedir: «Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərinə hörmət edir. Onlar hazırda yerinə yetirilib. Başqa tərəfdən biz ifadə və toplaşma azadlığına görə Azərbaycanı tənqid edə bilərik. Azərbaycanın bu sahədə bəzi problemləri var. Lakin bu yalnız Azərbaycan yox bütün Avropa ölkələrinə aiddir. Onların hamısında bu sahədə problemlər mövcuddur».
Qeyd edək ki, ifadə və toplaşmaq azadlıqlarının Avropada da pozulduğu Azərbaycan hökumətinin də məşhur tezislərindən biridir. Araşdırmamız zamanı öyrəndik ki, AŞPA məruzəçiləri ilə görüşdən Müsavat Partiyası və AXCP rəhbərliyi imtina edib. Onlara görüş üçün şifahi dəvət gəlib. Lakin məruzəçilərin indiyə qədər obyektiv davranış nümayiş etdirmədikləri əsas göstərilib və dəvət qəbul edilməyib.