vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
22:37 | 1 iyun 2018 | Cümə Məqaləyə 1876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Adam nə qədər “tupoy” olar ki...”

“Tupoy Qaqo”dan adına layiq açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Nikol Paşinyanın hökumət ortağı, “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Tsarukyan onun şirkətlərində aparılan vergi yoxlaması ilə bağlı danışıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Tsarukyan bu yoxlamaları özünün istədiyini deyib.

“Mən özüm demişəm ki, birinci mənim şirkətlərimdən başlasınlar. Əgər mənim partiyamdan olan nazirlər başqalarından başlasaydılar bu düzgün olmazdı. Yoxlasınlar, nə çatışmırsa nizamlasınlar, sonra öz işlərinə keçsinlər ki, vicdanları təmiz olsun”, - o deyib.

Tsarukyan ona məxsus “Ararat sement” zavodunun Ermənistanda inhisarçı olduğu haqda deyilənlərdən hiddətlənib. Bildirib ki, ölkədə dörd sement zavodunun olduğu, üstəlik Gürcüstan və İrandan sement gətirildiyi bir vaxtda inhisardan danışmaq mümkün deyil. “Adam nə qədər “tupoy” olar ki, monopoliyanı ayrıd edə bilməsin?” - Tsarukyan bildirib.

Qeyd edək ki, Qaqik Tsarukyan özü Ermənistanda “Topoy Qaqo” ləqəbi ilə tanınır.