vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
22:02 | 10 iyun 2018 | Bazar Məqaləyə 2651 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xaricdən gətirilən dərmanlar …”

Musa Yaqubdan səhhəti ilə bağlı yeni xəbər

Namidə BİNGÖL

“Musa müəllimin səhhəti 2-3 gün olar ki, yaxşıdır. Neçə vaxt idi ki, səhhətində heç bir irəliləyiş yox idi. Buna görə çox narahat idik. İndi şükürlər olsun ki, atam əvvəlki günlərdən fərqli olaraq çox yaxşıdır”.

Bunu  Modern.az-a  açıqlamasında  tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhəti barədə danışarkən deyib.

O, bildirib ki, xaricdən gətirilən dərmanlar da təsiri özünü göstərib.

“Atamın dərmanlarını adətən xaricdən sifariş etmək məcburiyyətində qalırıq. Çünki çətin tapılan dərmanlardır. Dərmanların qəbulundan sonra qidalanmasında da irəliləyiş var. Az da olsa fikirlərini izah edə bilir. Yazıçı dostları da, deputatlar da  mütəmadi olaraq əlaqə saxlayıb vəziyyətini xəbər alırlar”.

Qeyd edək ki, 81 yaşı  mayın 10-da  tamam olan şair xeyli müddətdir xəstə yatır.