vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
16:12 | 18 iyun 2018 | Bazar ertəsi Məqaləyə 2126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rüsvayçılıqdır, ayıbdır”

“General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəqiqələrdə Ermənistan parlamenti baş prokurorun deputat-general, böyük miqdarda silah-sursat saxladığına və 2016-cı ilin aprelində Qarabağa əsgərlərə göndərilən yardımları talayın anbarlarına yığdığına görə tutulan Manvel Qriqoryanın toxunulmazlığının ləğvi məsələsini müzakirə edir.

Müzakirələrdə baş nazir Nikol Paşinyan Manvel Qriqoryanın həbsini Ermənistanın müstəqillik tarixində “ən irimiqyaslı korrupsiya əməlinin üstünün açılması” adlandırıb. Korrupsiyaya qarşı mübarizədə hökumətin heç kimə güzəşt etməyəcəyini bildirib. Paşinyan deyib ki, Manvelin həbsi bir günün işi deyil və Milli Təhlükəsizlik Xidməti bu əməliyyatı neçə vaxtdır hazırlayırdı.

“Daşnaksütun” partiyasının fraksiya rəhbəri Armen Rüstəmyan isə Manvel Qriqoryanın evində aparılan axtarışla bağlı Milli Təhlükəsizlik Xidmətinin yaydığı video Qarabağ məsələsində Ermənistana ciddi zərbə vurub.

“Mənə çox ağrılıdır, sarsılmışam və heyrətə gəlmişəm, deməyə sözüm yoxdur. Əgər bütün bu təqdim edilən məlumatlar təsdiqlənsə, deməli rüsvayçılıqdır və ayıbdır. Başqa cür şərh vermək mümkün deyil”, - Rüstəmyan deyib.

Daşnak deputatın fikrincə bu kontekstdə Qarabağ məsələsinin nizamlanmasına təhdid yaranıb, çünki Azərbaycan tərəfi Manvelin həbsini öz maraqları üçün istifadə etməyə çalışır. Rüstəmyan Manvel Qriqoryanın Qarabağda “xeyli torpaq aldığını” xatırladıb. “İndi Azərbaycan Qarabağı azad edəni və qəhrəmanı hörmətdən salmağa çalışır. Düşmənlərimizə bu imkanı vermək lazım deyil”, - Rüstəmyan bildirib.

 

***

 

14:34

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxalifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların aşkar edilməsinə görə bəyanat verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Milli Təhlükəsizlik Xidmətinin yaydığı videokadrların partiyada “dərin ağrı və hiddət doğurduğu” bildirilir.

“Biz bundan hiddətlənmişik və sarsılmışıq ki, bizim reallığımızda kimsə, xüsusən də Qarabağ müharibəsində fəal iştirak edən general ümumiyyətlə belə əmələ yol verə bilərmiş. Bu qəbuledilməzdir və alçaqlıqdır”, - Sərkisyanın partiyası bildirir.

Bununla belə Respublika partiyası qeyd edir ki, təqsirsizlik prezumpiyasına hörmət edir və əgər Manvel Qriqoryanın günahı sübut olunsa xidmətlərindən asılı olmayaraq qanunun bütün ciddiyyəti ilə cavab verməlidir.

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır. “Əsgərin çörəyini oğurlayan milli satqındır”, - Şarmazanov deyib.

“Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki, büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir, bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil. Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi...