Növbəti hədəf kim olacaq?
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
Mayın 8-i baş tutan “məxməri inqilab”ın məntiqi nəticəsi olaraq baş nazir seçilən Nikol Paşinyan əsas hədəfinin Ermənistanda korrupsiyaya son qoymaq olduğunu elan etmişdi.
Ölkə tarixində yeni eranın başlandığını bildirən Paşinyan Serj Sərkisyan rejiminin devilməsinə qədər əsasən, populist açıqlamalar verirdi.Xalq arasında reytinqini möhkəmləndirmək və növbədənkənar seçkilərdə qələbəsini təmin etmək üçün hökumət rəhbərinə qalmaqallı korrupsiya skandalları və yüksək vəzifəli şəxslərin ifşa olunması lazım idi.
Uzun illər jurnalist kimi çalışan Paşinyan 27 il ərzində ölkədə formalaşmış məmur-oliqrax sisteminin strukturunu yaxından öyrənmişdi.
İlk hədəf
O, ilk hədəf kimi iqtidarda olan keçmiş Respublika Partiyasının deputatı və oliqarx Samvel Aleksanyanı seçdi.
Ölkəyə müxtəlif bitki yağlarının, şəkərin gətirilməsini inhisara alan, tikintidən tibb və yüngül sənayeyə qədər müxtəlif sahələrdə biznes marağı olan holdinqin rəhbəri “məxməri inqilab” zamanı etirazçılara qarşı öz “qoçu dəstə”ləri ilə fiziki güc tətbiq etmişdi.
Aşağı intellekti və jurnalistlərlə kobud davranışına görə də imici zədəli olan Aleksanyanın biznes imperiyası may ayı ərzində ciddi axtarışlara məruz qalıb. Ermənistan Təhlükəsizlik Xidməti “Aleks Holdinq”ə məxsus obyektlərdə pozuntular tapıb. Aydın olub ki, Aleksanyan 20 faizilk gəlir vergisini ödəməmək üçün 461 ayrı-ayrı şəxsin adına fərdi sahibkarlıq subyektləri yaradaraq, cəmi 2 faizlik gəlir vergisi verirmiş. Beləliklə, təkcə 2017-ci ildə 83,3 milyon dollar gəlir əldə edən iş adamı onun yalnız 1,6 milyon dollarını ölkə büdcəsinə verib.
Audit və mühasib hesablarının yoxlanışı zamanı büdcəyə daha az vergi ödəmək üçün yaradılan saxta sistemin 10 ildən çox işlədiyi aydınlaşıb. Lakin başının üstünü qara buludlar alan Samvel Aleksanyan Paşinyanla şəxsi görüş keçirdikdən sonra məsələ həll olunur.
İş adamının bu sistemin əvvəlki hakimiyyətlə razılıq əsasında uzun illər fəaliyyətdə olduğunu və Serj Sarkisyanla Robert Koçaryanın razılığını aldığı bildirilir. Baş nazirlə yeni razılaşmaya əsasən, “Aleks Holdinq” daha vergiləri qanunla müəyyən olunmuş qaydada ödəməli olacaq.
Paşinyanın ilk uğursuzluğu
Samvel Aleksanyanı tərksilah etdikdən sonra Nikol Paşinyan Serj Sarkisyan rejiminə sıx dəstək verən Masis meri David Ambartsumyan və onun müavini Karen Ohanyanı hədəf seçdi.
Mayın 31-də hər iki şəxs Yerevanda 22 apreldə mitinq zamanı etirazçılara zorakılıq tətbiq edilməsi faktı ilə bağlı həbs olundu. Lakin bunun ardınca, həbs olunanların tərəfdarları Yerevan küçələrində geniş etiraz aksiyalarına başladılar.
Etirazlar fonunda hakimiyyətə gələn Paşinyan istəsı də, həmin aksiyaları polis gücü ilə dağıda bilməzdi. Bu, onun etirazçı imicinə ciddi zərbə vurmuş olardı. Sərkisyan dövründən qalmış hakimlər də yeni hökumətə müqavimət göstərməkdə davam edirdilər. Bu səbəbdən, iyunun 2-də Yerevanın Kentron instansiya məhkəməsi hər 2 şəxsin azadlığa buraxılması barədə qərar verdi.
Beləliklə, Paşinyan ilk məğlubiyyətlə üzləşmiş oldu. İctimai rəyi öz xeyrinə çevirmək və korrupsiyaya qarşı effektiv mübarizə gözləntilərini doğrultmaq üçün baş nazir növbəti hədəfini xüsusi diqqətlə seçir.
General Manvel Qriqoryanın ifşası
Ermənistan kilsəsinin iqamətgahı yerləşən Eçmiədzin şəhəri uzun illərdir ki, general-leytenant, “Yerkrapa” Könüllülər Birliyinin sədri və deputat Manvel Qriqoryanın şəxsi mülkünə çevrilmişdi. Şəhərdə biznes obyektlərindən tutmuş, vəzifə təyinatına qədər hər şey məhz ondan soruşulurdu. Maraqlıdır ki, Eçmiədzinin meri də generalın oğlu Karen Qriqoryan idi. Öz əzazilliyi ilə seçilən Manvel Qriqoryn Serj Sərkisyanın və Respublika Partiyasının dayağı sayılırdı.
Aprel döyüşləri zamanı onun başçılıq etdiyi “Yerkrapa” Birliyi təmas xəttinə 5 min könüllü də göndərmişdi.
Ermənistan Təhlükəsizlik Xidmətinin apardığı araşdırma Manvel Qriqoryanın aprel döyüşləri zamanı ölkənin müxtəlif şəhərlərində əsgərlər üçün toplanmış yardımı mənimsədiyi və şəxsi zooparkında saxladığı şir, ayı və maral kimi heyvanla yem əvəzi verdiyi ortaya çıxardı.
İyunun 17-də xüsusi xidmət orqanlarının Eçmiədzin şəhəri və ətraf ərazilərdə generala məxsus ev və malikanələrdə apardığı araşdırmanın videogörüntüləri İctimai Televiziya vasitəsilə bütün ölkəyə yayımlandı. Minlərlə mal və qatılaşdırılmış süd bankaları, əsgərlər üçün məktəb və fondların ianəsi hesabına alınan corablar, alt paltarları, tibbi ləvazimatlar və s. M.Qriqoryana məxsus anbarlarda aşkar olundu. Həmin yeşiklərin içindən məktəblilərin əsgərlərə yazdığı məktubların üzə çıxması isə düşmən ölkədə şok effekti yaratdı.
Rusiyadakı erməni icmasının Qarabağa göndərdiyi tibbi maşınlar da onun şəxsi qarajında tapıldı.
Paralel olaraq, 71 milyon erməni dramı, 80 min dollar, 67500 avro, 246500 Ukrayna qrivnası da müsadirə edildi.
6 ayrıl-ayrı ərazidə aparılan axtarış tədbirləri zamanı minalar, qumbaralar, 17 mindən artıq döyüş patronu, tapançalar və avtomatlar, Arşaluys kəndinə 33 paritet avtomobil də üzə çıxarıldı.
Sadə insanlarla yanaşı, uzun illər Qriqoryanla müttəfiq olan Respublika Partiyasının üzvləri də bu ifşa faktından şoka düşüblər. Əsgər paylarını oğurlayan generalı müdafiə etməli olan vəkil belə, xidmətlərini geri çəkmişdi.
Ermənistan cəmiyyətində lazımi emosional fon yaradan Nikol Paşinyan beləliklə, Serj Sarkisyan və Robert Köçəryanı keçmişdə baş verən qanunsuzluqlara görə qanun qarşısına çağırmaq üçün inamlı addım atdı.
Paşinyanın siyasi rəqiblərini bir-bir məhv etdiyini nəzərə alsaq, onun növbəti hədəfinin məhz “Qarabağ klanı”nın liderləri olacağını əminliklə demək olar.