Yazıçın romanları təkrar çap olundu
Elçin Hüseynbəylinin imza gününü keçiriləcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Açıq şəkildə deyim ki, ...»
Elçin Hüseynbəyli: «Ədəbi mühitə və AYB-ə birbaşa aidiyyəti olan dəyişikliklər qurultayadək reallaşıb»
-
«AYB-də çox şey itirdim»
«27 il canımı qoyduğum bu yeri tərk edib getsəm, kim buranı saxlaya biləcək?»
-
Yazıçı Elçin Hüseynbəylinin «Balıq adam», «Aişə», «Yovşan qağayılar» və «Metro vadisi» romanları təkrar nəşr olunub. Yeni dizaynda, nəfis tərtib edilmiş kitablar «Qələm» nəşriyyatında işıq üzü görüb.
«Aişə» romanı «Tut ağacı boyunca» xalq mahnısının motivləri əsasında yazılıb. «Metro vadisi»ndə müəllif oxucunu «qadın ərini, yoxsa qardaşını sevməlidir» dilemması qarşısında qoyur. «Balıq adam»ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir və nağıllardan fərqli olaraq, əsərdə şər qüvvələr qalib gəlir.
«Yovşan qağayılar» əsərində insan
yaddaşı qabardılır. Yüzillik dövrü əhatə edən hadisələr bu günə qədər uzanır.
Romanlar axıcı təhkiyəyə malikdir və modern üslubdadır.
«Qələm» nəşriyyatı yaxın zamanlarda müəllifin imza gününü keçirməyi planlaşdırır. E.Hüseynbəylinin seçmə hekayələrdən ibarət kitabı da nəşriyyatda çapa hazırlanır.