vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
22:33 | 23 iyun 2018 | Şənbə Məqaləyə 1585 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Serj Sərkisyanın qardaşına həbs təhlükəsi

“CLC Proekt kompani” şirkətinin rəhbəri iri məbləğdə yeyintidə ittiham olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşının təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dram (600 min dollardan çox) zərər dəyib. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti bildirib.

2013-2017-ci illərdə şirkətin fəaliyyəti nəticəsində dövlət büdcəsinin gəlirləri 527 min dram (7000 dollardan çox) təşkil edib. Eyni zamanda, şirkətin hesabatlarına görə, dövlət qarşısında vergi borcları 147 milyon dram (306 min dollar) olub. Lakin bu borclar ödənilməyib. Bundan əlavə, şirkət 2016-cı ilin birinci rübü üzrə 140 milyon dram (300 min dollar) vergi ödənişlərindın yayınıb.

Məlum olub ki, “CLC Proekt kompani” şirkətinin direktoru və təsisçisi keçmiş prezident Serj Sarkisyanın qardaşı Levon Sərkisyandır. Səhmlərin 20 faizi onun oğlu Narek Sərkisyana məxsusdur. Fond Yerevanda fəaliyyət göstərən Surb Qriqor Lusaroviç kilsəsinin ünvanında qeydiyyatdan keçirilib, lakin faktiki olaraq orada fəaliyyət göstərməyib.

Komitədən bildirilib ki, doqquz ünvanda, eyni zamanda şirkətin təsisçilərinin mənzillərində və Pünik fondunun ofisində axtarışlar aparılıb.

Dövlətə dəymiş zərərin həcmi 300 milyon drama bərabərdir. “Bilərəkdən müflisləşmə” və “vergidən yayınma” maddələri üzrə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam edir.