vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:59 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 1453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan meriyası yenidən mühasirədə

Paşinyan Markaryanı istefaya göndərmək üçün təzyiqləri artırır

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvan meriyasının girişləri yenidən etirazçılar tərəfindən bağlanıb. Erməni KİV-i bildirir ki, etirazçılar İrəvan meri Taron Markaryanın istefasını tələb ediblər. Onlar meriya binasından heç kimin çıxmasına imkan verməyiblər.

Qeyd edək ki, etirazlara əsas səbəb dünəndən etibarən Ermənistan mətbuatında Markaryan haqqında yayılan məlumatlar olub. Bu məlumatlarda Markaryanın dövlət vəzifəsində olduğu müddət ərzində hansı əmlaklara sahibləndiyi yer alıb.

Markaryan Respublika Partiyasının hakimiyyətdə olan yeganə təmsilçisidir. Ermənistanın baş naziri Nikol Paşinyan Markaryanın istefaya göndərilməsi üçün ona qarşı təzyiqləri artırıb.