vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ƏDƏBİYYAT  
16:29 | 11 yanvar 2019 | Cümə Məqaləyə 3114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkiyə bölünmüş mədənin nağılı…

Balaca Nurayın ilk hekayəsi...

Nuray BAĞIRLI (7 yaş)

Vaxt.az-ın yazarı Vüsal Bağırlının 7 yaşlı qızı Nuray hekayə yazmağa başlayıb. Balaca müəllif ilk hekayəsini saytımıza göndərib. Vaxt.az Nuray balanın nağıl-hekayəsini oxuculara təqdim etməklə bərabər, ona yaradıcılıq uğurları arzulayır.

Biri var idi, biri yox idi. İnsanın bədənində iki mədə yaşayırdı. Onların asan deyildi. Yuxarıdakı mədə bir bədənə vitamin göndərirdi. O biri isə yeməyin içindəki bütün zərərli və pis şeyləri bağırsağa ötürürdü.

İnsan yalnız xeyirli şeylər yeyib bədənini sevindirmək istəyirdi.

Bir gün İnsan nə az, nə çox - düz 158 dənə şokolad yedi. Bu mədəni çox narahat etdi və o, ikiyə bölündü. Mədənin yarıya bölünmüş yuxarı hissəsi qəbul edilmiş şokoladın çoxluğundan bərk narahat oldu.

Amma, aşağıdakı mədə kefdə idi. Heç nə onu narahat etmirdi. O, öz işində idi. Bədəni çalışdırmaq üçün yorulmadan işləyirdi. Şokoladın daxilindəki bütün pis şeylər bağırsağa yığılmışdı.

Yuxarıdakı mədə dedi:

Mən narahatam.

Aşağıdakı mədə: - Niyə?- deyə soruşdu.

Çünki, İnsan çoxlu şokolad yedi və məni incitdi.

Onlar sözü bir yerə qoyub çıxıb getməyə qərar verdilər.

Gecə düşdü, insan yatdı. Mədələr gizlincə onun qarnından çıxdılar.

İnsan səhər yuxudan oyananda özünü narahat hiss etdi.

Axı onun mədələri artıq yox idi!?

İnsan oturub ağlamağa başladı. Bu zaman mədələr çıxdı və İnsana dedilər:

Sən birdə pis yeməklər yeyəcəksən?

İnsan: - Yox, heç vaxt – dedi.

Onda biz yenə sənin qarnına qayıda bilərəm.

O, vaxtdan etibarən İnsan ancaq xeyirli şeylər yeməyə, mədələr isə işləməyə başladı.

Beləcə, bütün işlər düzəldi.