vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
19:52 | 28 fevral 2014 | Cümə Məqaləyə 1610 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Haqlı həm də güclü olmalıdır»

«Daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət İdarəçilik Akademiyası və «Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri» proqramı üzrə qısamüddətli kurslara yekun vurulub.

«Media forum» saytına istinadən məlumatına görə, fevralın 28-də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənov «Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi» mövzusunda mühazirə oxuyub.

Münaqişənin nizama salınması prosesində Azərbaycanın apardığı diplomatik səylərdən danışan Əli Həsənov dinləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycan işğal, etnik təmizləmə siyasəti və ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq: «Biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə cavab vermək lazımdır.

Eyni zamanda biz güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş olunur. Əslində isə haqlının güclü olduğuna əsaslanan siyasət yürüdülməli, haqlı hər yerdə güclü olmalıdır. Təəssüflər olsun ki, siyasətin müxtəlif standartlarının mövcud olduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir. Bu mənada biz prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq».