TÜRKSOY iki yubiley keçirəcək
2014 «Türkmən şairi Məhdumqulu ili» və «Qırğız şairi Toktoqul ili» elan edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heydər Əliyev və TÜRKSOY”
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
-
Nazirdən çağırış
Əbülfəs Qarayev: «Sərvətlərimizi və dəyərlərimizi birgə qorumalıyıq»
-
Memarlarımız Bişkekdə
Türkdilli ölkələrin memar və mühəndislərinin qurultayı keçiriləcək
-
Anar başqan seçildi
Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyi yaradıldı
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2014-cü ili «Türkmən şairi Məhdumqulu ili» və «Qırğız şairi Toktoqul ili» elan edib. Bu barədə qərar ötən ilin oktyabrında təşkilata üzv ölkələrin nazirlərinin iştirakı ilə keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında qəbul olunub.
2014-cü ildə türkmən ədəbiyyatının klassiki, mütəfəkkir şair Məhdumqulu Fəraqinin 290 illik yubileyi və görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək.
Fevralın 5-də Ankarada «Məhdumqulu
Fəraqi ili»nin açılış mərasimi keçirilmişdi.
«Toktoqul Satılqanov ili»nə martın 3-də Türkiyə paytaxtındakı Dövlət Rəsm və Heykəl Muzeyində təntənəli mərasimlə start veriləcək. Mərasimdə qırğız şairinin həyatından bəhs edən qısa film nümayiş etdiriləcək, şeirləri səsləndiriləcək. «Toktoqul Satılqanov ili»nin açılışına həsr olunmuş daha bir tədbir isə martın 4-də «Türk dünyası mədəniyyəti paytaxtı» Əskişəhərdə - Yunus Əmrə mədəniyyət mərkəzində gerçəkləşəcək. Qeyd edək ki, Məhdumqulu Fəraqi və Toktoqul Satılqanovun yubiley ili çərçivəsində Azərbaycanda da tədbirlərin keçirilməsi nəzərdə tutulur.