“Heydər Əliyev və TÜRKSOY”
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
Mehparə SULTANOVA
Ankara
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Başladığı bütün işlərin sona çatdırılacağına inanırdı
Heydər Əliyevin tarixi xidmətlərini zaman keçdikcə daha aydın dərk edirik
-
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Prezidenti sərəncam imzaladı
-
Xalq üçün yaşanan bir həyat…
Bu gün Heydər Əliyevin doğum günüdür
-
Bugünkü inkişafın təminatçısı
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Təhlükəsizliyimizə keşik çəkən DTX
Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun (Heydər Əliyev)
-
“Müdrik dövlət xadimi, dahi lider, qayğıkeş İnsan...”
Mehriban Əliyeva: “Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaq”
-
“Sizə iradımız yoxdur...”
İlham Əliyev: “Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü”
-
“...Onun adını daşıyacaq”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
-
Misilsiz xidmətləri yaddaşlara hopmuş lider
Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...
-
Müstəqillik tariximizin həqiqət anı
1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada ümidsizlik, müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və dövlətçiliyin xilası vardı...
-
Qurtulmuş xalqın günü
15 iyun Milli Qurtuluş Günüdür
-
“Qalxan və qılınc” filmi ekranda
Əsər ulu öndər Heydər Əliyevin DTK-nın rəhbəri olarkən erməni millətçilərinin təxribatlarına qarşı mübarizəsindən bəhs edir
-
Heydər Əliyevin yubiley mərasimində “Qızıl çinar” mükafatı
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək ödülü üç nəfərə təqdim etdi
-
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs”
Heydər Əliyev Mərkəzində tarixi-sənədli sərginin açılış mərasimi olub
-
“Bu xalq ikiyə bölünüb, birləşəcək!”
Heydər Əliyev: “O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib”
Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli liderə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. İştirakçılara Heydər Əliyevin mənalı həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.
Tədbirdə nümayiş etdirilən qısa filmdə Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatın rəhbərliyi ilə keçirtdiyi görüşlər əksini tapıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Əttar, digər deputatlar, ziyalılar, Türkiyə və Azərbaycandan olan elmi və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Baş katib Sultan Raev açılış nitqində Ümummilli liderin TÜRKSOY-un yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqətdən danışıb: “Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmasından Heydər Əliyevin ruhunun şad olacaq”.
Səfir Rəşad Məmmədov bildirib ki, Heydər Əliyev adının əvvəlində “Ulu öndər” və “Ümummilli lider” deyilməsinin çox səbəbləri var: “Heydər Əliyev Azərbaycanın ən ağır günlərində dövlətimizin başına gəldi, savaşı dayandırdı, neft müqavilələrinə imza atdı, daxili və xarici siyasəti tənzimlədi, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm əsası Heydər Əliyev tərəfindən qoyuldu, Şuşa Bəyannaməsinin imzalanması da onun zəhmətinin bəhrəsidir. Xoşbəxt insanam ki, Heydər Əliyevlə bir neçə dəfə görüşmək mənə də nəsib olub. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn ilk türk-müsəlman şəxsiyyət idi”.
Ankara Universitetinin rektoru Necdet Ünüvar Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 2003-cü ildə Heydər Əliyevlə çox önəmli görüşü olub. Səhhətindəki problemlərə rəğmən 45 dəqiqəlik görüş müddətində Heydər Əliyev Türk dünyası ilə bağlı onlarla fikir mübadiləsi aparıb.
TMBB-nin deputatı Şamil Ayrım da Heydər Əliyevlə dəfələrlə görüşdüyünü deyib: “Heydər Əliyev Atatürkü hər zaman ehtiramla anıb. Ən son çıxışında da “Mustafa Kamal Atatürkün yolu ilə gedən qəhrəman türk xalqına eşq olsun”, – deyə bildirmişdi”.
Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi idi, onun mirası isə bugünkü müasir Azərbaycandır. Deputat Hikmət Məmmədov isə Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu vurğulayıb.
Anım mərasimində həmçinin AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib. Kitabın “TÜRKSOY liderlərin baxışında” adlı birinci fəslində Ümummilli lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri, eləcə də digər türk dövlətləri liderlərinin bu qurumla bağlı düşüncələri əksini tapıb.
Tədbirin sonunda fəxri fərmanlar və Sabir Şahtaxtıya adıçəkilən kitaba görə TÜRKSOY-un təsis etdiyi “Əhməd Cavad – 130” medalı təqdim edilib.