vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
12:23 | 27 iyun 2019 | Cümə axşamı Məqaləyə 2182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda antisemitizm güclənir

“Holokostun tarixini dövlət səviyyəsində yenidən yazmaq istəyirlər”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan cəmiyyəti tərəfindən antisemitizm sistemli şəkildə özünü büruzə verir. Bu barədə jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində yazıb.

Onun yazdığına görə, son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsi müşahidə olunur. C.Boqner nümunə qismində Qüdsdə erməni kilsəsinin 60 seminaristinin Şavuot bayramı ərəfəsində antisemit aksiya keçirdiyini göstərib: “Bu aksiya xristianların hələ də yəhudilərə hücum etməyə meyilli olduğunu göstərdi və Ermənistanda antisemitizmin artmasının bariz təzahürünə çevrildi”.

Müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu qeyd edib. 2018-ci ildə “Pew” mərkəzinin araşdırması göstərir ki, ermənilərin 32 faizi yəhudiləri həmvətəni kimi qəbul etmək istəmir. Bundan başqa, Anti-Diffamasiya Liqasının növbəti “Global 100” araşdırması nəticəsində məlum olub ki, ermənilərin əksəriyyəti müxtəlif antisemit stereotiplərin düzgün olduğu qənaətindədir: “Digər tərəfdən, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycanla müqayisədə İsrail və Ermənistan arasında münasibətlər kifayət qədər lazımi səviyyədə inkişaf etməyib. Azərbaycanla İsrail arasında möhkəm münasibətlərin olması təsadüfi deyil. Azərbaycanda antisemitizm yoxdur, çiçəklənən yəhudi icması var”.

C.Boqner bildirib ki, Azərbaycanda dini tolerantlıqla bağlı daha geniş şəraitin olduğunu nəzərə almaq lazımdır. Bu, dinin dövlətdən dəqiq şəkildə ayrı olması ilə izah edilir. Azərbaycan əhalisinin 97 faizi müsəlmandır, lakin bu ölkənin konstitusiyasına əsasən, o, dünyəvi dövlətdir. Dövlət təhsil sistemi dünyəvidir: “Bunu erməni apostol kilsəsinin böyük təsirinin olduğu Ermənistanla müqayisə edin. Ermənistanın “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanunu kilsənin dövlətdən ayrı olduğunu müəyyənləşdirsə də, erməni apostol kilsəsinin rəsmi milli kilsə statusu var. Erməni kilsəsinin hələ də ölkədə mərkəzi rol oynadığı nəzərə alınsa, Ermənistanın Holokost tarixini dövlət səviyyəsində yenidən yazmağa çalışması təəccüblü deyil”.