vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
17:33 | 20 mart 2022 | Bazar Məqaləyə 833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyaya yaltaqlanmağın yeni forması

Ermənistanda Ukrayna torpaqlarının işğalını dəstəkləyən mitinqlər keçirilir

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq neçənci gündür ki, İrəvanda Rusiyanın Ukrayna torpaqlarının işğalını dəstəkləyən mitinqlər keçirilir. Mitinqlərdə Rusiya bayraqları ilə yanaşı işğalın simvolu olan “Z” hərfi dalğalanır. Ermənilər Rusiyaya yaltaqlanmağın yeni formasını tapıblar.

Ukraynada yaşayan ermənilərin sayı bu ölkədə yaşayan azərbaycanlıların sayı qədər olar, Ukraynada ermənilərin biznesmenləri və naziri də var idi. Ancaq kimsə eşidib ki, Ukraynadakı hansısa erməni biznesmen və ya restoran sahibi Kiyevin, Odessanın və bu ölkənin başqa şəhərlərində ağır durumda olan ukraynalılara ərzaq, geyim və isti yemək dağıtsın? Bu işi soydaşlarımız görür. 

Diplomatiyamız fəal olmalı, Azərbaycan əleyhinə səs verən amerikalı konqresmenlərə, Fransanın deputatlarına və digərlərinə İrəvanda keçirilən işğala dəstək mitinqlərinin videolarını göndərməlidirlər. Deməli, ABŞ Konqresi bir tərəfdən işğalçı Rusiyaya və rusiyalı generallara qarşı sərt sanksiyalar qəbul edir, digər tərəfdən həmin Rusiya ordusunun nəzarətində olan Qarabağ separatçılarına 2 milyon dollar yardım ayırır. Azərbaycanın ABŞ-dakı səfirinin və ya rəsmilərimizdən birinin bununla bağlı Amerikanın məşhur nərşlərinin birində yazının yayımlanmasına ehtiyac var, Həmin yazıda Konqresin ziddiyyətli qərarının və İrəvandakı işğala dəstək mitinqlərinin Amerikanın təhlükəsizlik siyasəti ilə nə dərəcədə üst-üstə düşdüyünün sualı yazılmalıdır.