vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
18:16 | 7 mart 2014 | Cümə Məqaləyə 2774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İdarə heyətinin 5 üzvü əcnəbidi»

«Onlar da istəyir ki, daha çox futbolçu gəlsin və özlərinə oyunçu seçsinlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bizim «Atletiko» və «Lans»la danışığımız olub. Azərbaycan tərəfi nə qədər həmin ölkəyə futbolçu versə, onlar həmin futbolçuları qəbul edib, yerləşdirəcək». Futbolinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında «Bakı» klubunun prezidenti Hafiz Məmmədov deyib.

Məmmədov İK-nın iclasından və klubda idarə heyətinin formalaşmasından da söz açıb: «İcraiyyə Komitəsinin iclası yüksək səviyyədə keçdi. Rəsmi açıqlama olanda baxarsınız ki, necə proqressiv qərarlar qəbul olundu. Bu qərarların bir çoxunu biz klubda həyata keçiririk. Yaratdığımız idarə heyəti haqqında da məlumat veriləcək. Bu idarə heyətinin 5 nəfəri xaricdəndi. Bu haqda açıqlama vermək istəmirəm. Bu 5 nəfərin də «Bakı»da fəaliyyət göstərməsini təmin etmək lazımdı. «Bakı» olsun, ya başqa klub olsun, yaşından asılı olmayaraq hər ay millinin bir üzvünü Madridə, Fransaya göndərmək lazımdı. Dostluğa görə «Atletiko» bütün xərcləri öz üzərinə götürür. Düzdü, buna ehtiyacımız yoxdu. Bu, sadəcə, aramızda olan dostluqdan irəli gəlir. Onlar da istəyir ki, daha çox futbolçu gəlsin və özlərinə oyunçu seçsinlər».