vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
10:53 | 5 may 2022 | Cümə axşamı Məqaləyə 849 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda etirazlar davam edir

Parlament binası yaxınlığında vəziyyət gərgindir

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 5-də İrəvandakı nümayişlərdə onlarla etirazçının saxlandığı xəbər verilir. Polis günortayadək 49 nəfərin saxlandığını bildirir. Televiziya kadrlarında isə təhlükəsizlik qüvvələrinin etirazçıları sürüyərək maşınlara basdığı görünür.

Parlament binası yaxınlığında vəziyyət gərgin olaraq qalıb. Bir gün öncə burada etirazçılarla polis əlbəyaxa olub.

Yüzlərlə polis binanı mühasirəyə alıb.

***

İrəvanda müxalifət tərəfdarları mayın 5-də səhərdən etiraz aksiyalarını bərpa edib. Ötən gecə Ermənistan paytaxtındakı Fransa meydanında gecələyənlərə yeni gələnlər qoşulub, onlar şəhərin mərkəzi küçələrində yürüş ediblər.

Bu gün səhər İrəvanda bəzi küçələrin bağlanması, nəqliyyatın işinə maneə yaradan fəalların saxlanması barədə də məlumatlar gəlib.

Müxalifət Baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayaraq onun istefasını tələb edir.

Müxalifət mayın 1-dən “mübarizənin həlledici mərhələsi”nin başlandığını elan edib, tərəfdarlarını kütləvi vətəndaş itaətsizliyinə çağırıb. Ertəsi gündən gündəlik etiraz aksiyaları başlanıb.

Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, bu tələbi əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini bildirir.