09:52 | 18 mart 2014 | Çərşənbə axşamı
Məqaləyə 1946 dəfə baxılıb
Şriftin ölçüsü
Coşqun Rəhimovun səhhəti pisləşib
Aktyor konsert bitər-bitməz xəstəxanaya aparılıb
Aktyorun konsertdən sonra vəziyyəti ağırlaşıb. «Bu şəhərdə»nin sevilən aktyoru Coşqun Rəhimov 3 gün öncə xəstəxanaya aparılıb.
Konsertdən sonra özünü pis hiss edən Coşqun ilk öncə səhnə arxasında Təcili Tibbi Yardım alıb. Daha sonra Mərkəzi Klinik Xəstəxanaya aparılıb.
Hal-hazırda özünü yaxşı hiss edən Coşqunun səhhətində heç bir problem yoxdur.
Qeyd edək ki, Coşqun Rəhimov xərçəng xəstəliyindən əməliyyat olunub. Hazırda müalicəsini davam etdirir.