vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
17:40 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Din – xarici siyasət aləti

İran torpaqlarımızın işğalda qalmasında maraqlıymış

Vüqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir tərəfdən, bu ilin 8 ayında ticarət dövriyyəsini 43.0 faiz artıran Iran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, digər tərəfdən qaz ixracı 2 dəfə artacağını bəyan edib. Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran Ermənistanı hər mənada qayğısına qalır. Bu ondan xəbər verir ki, İran Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlayan bir ölkə ilə ən sıx münasibətlər qurur və Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına səmərəsiz cəhd edir.

Nə qədər qəribə olsa da Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldikdən sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Belə görünür ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədəfləyirmiş.

Sərhədlərimizdə Zəfərdən sonra irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. Görünən odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılmağa çalışılır və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir.

Zəfərdən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir: bunlar səmərəsiz təhddilər olsa da belə.