vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
13:08 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 747 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın qiyməti qalxır

“907-ci düzəliş”in birdəfəlik ləğvi, silah embarqosunun qalxmasına şərait yaranıb

ELNUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İrana görə Azərbaycanın əhəmiyyəti ABŞ üçün yenidən artıb. 2001-2002-ci illərdə – ABŞ-nin Əfqanıstan kampaniyası ərəfəsindəki olduğu kimi ABŞ “Azadlığı Müdafiə Qanunu”na 907-ci düzəlişin birdəfəlik ləğvi üçün şans yaranıb. İndi də hər il ABŞ prezidentinin təşəbbüsüylə “907-ci düzəliş”in qüvvəsi dondurulsa da, günün birində ABŞ prezidenti istəməsə, “907-ci düzəliş” qüvvəyə yenidən minə bilər. ABŞ-nin Azərbaycana qoyduğu sanksiyalar və təzyiqlər bununla bitmir.

Ermənistan-Azərbaycan münaqişəsi və ABŞ elitasının xristian fundamentalizminə aludəçiliyinə görə ABŞ Azərbaycana silah embarqosu da tətbiq edib. Bu embarqodan dolayı Azərbaycan öz puluyla yüksək keyfiyyətli ABŞ silahlarını ala bilmir. ABŞ 2022-2023 il üzrə Müdafiə Büdcəsi Qanununda 44 günlük Vətən müharibəsinə görə Azərbaycanın cəzalandırılması nəzərdə tutulub. ABŞ ATƏT-in Minsk Qrupunun ləğv olunmasına da imkan vermir. Bununla, ABŞ Rusiya və Fransayla eyni mövqedən çıxış edib Xankəndi ermənilərinə muxtar dövlət yaxud muxtar dövlətə bənzər status yaratmağa çalışır.

Bundan başqa Azərbaycan öz təhlükəsizlik probleminə kompeks yanaşıb həm İran, həm də Ermənistandan gələn təhlükələrə qarşı ABŞ-la əməkdaşlıq edə bilər. Çünki yarımçıq təhlükəsizlik olmur. ABŞ-a Ermənistan təhlükəsini Azərbaycanın ümumi təhlükəsizlik problemindən ayırmaması şərti irəli sürülə bilər. Rəsmi Bakı İran məsələsini ayrıca götürə bilər. Çünki Azərbaycan üçün Ermənistan təhlükəsi İran qədər təhdidedicidir. Digər yandan Azərbaycana qarşı Ermənistandan olan təhdidin içində İran komponenti də var. Buna İranın Zəngəzura soxulması parlaq nümunədir.

Bütün yuxarıda sadalananları nəzərə alaraq Azərbaycan İrana qarşı birgə hərəkət üçün ABŞ-a aşağıdakı şərtləri irəli sürə bilər:

1. Azərbaycana qarşı ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığı Müdafiə Qanunu”na 907-ci əlavənin tamamilə ləğv edilməsi;

2. ATƏT-in Minsk Qrupunun formal ləğvi;

3. ABŞ tərəfindən Azərbaycana qarşı qoyulmuş bütün silah embarqolarının ləğvi;

4. Gələcəkdə Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün gücdən istifadə edəcəyi təqdirdə sanksiyalara məruz qalmayacağına təminat.

Əlbəttə siyasət praqmatik fəaliyyət sahəsidir. Burada tərəflər məqsədlərinə 100 faiz çata bilmir. Kompromislərə getməyə məcbur olur. Azərbaycanın da yuxarıdakı şərtlərinin hamısının ABŞ tərəfindən qəbul ediləcəyi inandırıcı deyil. Amma bu şərtlərin irəli sürülməsi nəticə etibarilə ABŞ-ı irəli sürülən şərtlərin bəzilərini qəbul etməyə məcbur edə bilər.