vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
10:36 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Konqres üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib

«Ermənistan hələ də Xocalını, ümumiyyətlə, Azərbaycanın 20 faizi torpağını işğal altında saxlayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib.

O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını qeyd edib.

Edi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırıb.

E. B. Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.