vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
00:55 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 2015 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın Bakı səfərinin gizlinləri

Novruz Məmmədov: «Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması gündəlikdədir» (VİDEO)

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəcəb Tayyib Ərdoğan Bakıya həm də «Twitter», «Youtube» kimi şəbəkələrin Türkiyə ərazisində bağlanması barədə populyar olmayan qərarlar qəbul edəndən sonra gəlmişdi. Ümumiyyətlə etiraf edim ki, məndən ötrü Ərdoğanın Azərbaycana səfəri heç vaxt indiki qədər maraqlı olmamışdı.

Əvvəla ona görə ki, Ərdoğan Azərbaycana Rusiyanın regionda xüsusi fəallıq nümayiş etdirməsi, Krım türklərinin taleyinə də toxunan aqressiv qərarlar qəbul etməsi ilə bir vaxtda gəlmişdi. İkinci tərəfdən baş nazirin Azərbaycana səfərini onun bu ərəfədə verdiyi müxtəlif bəyanatlar kifayət qədər cazibədar edirdi. Baş nazir seçki ərəfəsindəki çıxışlarında Azərbaycanın adını çəkmiş və bu zaman heç də həmişə ton müsbət olmamışdı.

Üstəlik də Türkiyədən sızan Nurun bir şəfəq cızığının da Azərbaycandan keçməsi, bu təriqəti daşıyanların Azərbaycanda mühüm postlarda qərar tutması barədə deyilənlər türk demiş söz konusu idi və bu baxımdan hətta belə söhbətlər də gəzirdi ki, qonaq gələndə bir iki ali nəfərin taleyi həll olunacaq. Hətta guya baş nazir özü ilə hansısa siyahı gətirib və sair. Elə bütün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri sətiraltıları ilə də maraq doğururdu. Amma bu həm də o Türkiyənin baş naziri idi ki, Azərbaycanın ağır günlərində onun başının üstünü kəsdirmişdi, özünün «Qızıl şahinlər»i ilə. Bu şahinlər göydə Allahdan aşağı qanadları ilə sipər çəkmişdi ki, Azərbaycanı qorusun. Bu dəfə də oxşar vəziyyət yaranmışdı. Baş nazir o zaman gəlmişdi ki, Rusiyadan təhdid dolu bəyanatlar gəlir, gizlətməyəcəyəm cəmiyyətin müəyyən yaruslarında Azərbaycana mümkün müdaxilə ilə bağlı təşviş də var. Görünür, belə düşünənlər də haqlıdır ki, Türkiyə növbəti dəfə hamıya Azərbaycanın tək olmadığını sübut etmək istəyir. Elə bu səbəbdən də Prezident Administrasiyası rəhbərinin müavini, Əliyev - Ərdoğan danışıqlarında iştirak etmiş Novruz Məmmədovla görüşə xüsusi maraqla getmişdim. Məncə zənnimdə də yanılmadım.

Novruz Məmmədov: «Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətlərdəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəm ki, buna nikbin baxmaq lazımdır».