vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞOU BİZNES  
17:54 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kaş ki, mənim olaydı»

«Sadəcə olaraq, bu restorana tez-tez gedirəm»

Tanınmış şoumen Murad Dadaşov paytaxtın Nərimanov heykəlinin yanında yerləşən «R&B» restoranının ona məxsus olması barədə yayılan məlumatlara münasibət bildirib. M.Dadaşov publika.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

«Bu restoran mənim deyil. Mənim olsaydı, nə dərdim olardı? Kaş ki, mənim olaydı. Məgər restoran açmaq qəbahətdir? Bu restoran tanışlarımdan birinə məxsusdur. Restoranın sahibi də məmur deyil, cavan oğlandır, bu işlə məşğul olur. Sadəcə olaraq mən bu restoranda tez-tez oluram. Restoranın dizayn işində də mənə yaxın olan bir şirkətin böyük əməyi var. Amma restoran mənə məxsus deyil. Mən məmur deyiləm, əgər mənim olsaydı, deyərdim ki, mənimdir».

Xatırladaq ki, bu gün bəzi KİV-lər Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu  iddia edən material yayıblar.  Bu material təkzib olunandan sonra isə sözügedən restoranın tanınmış şoumen Murad Dadaşova məxsus olması barədə xəbərlər yayılıb.

 

***

16:56

«Əminliklə deyə bilərəm ki, mediada adı hallanan restoranlar Nuşirəvan Səfərovun deyil».

Bunu modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

«Restoran tikmək özü-özlüyündə cinayət deyil. Amma mətbuatdan açıq-aşkar düşmənçilik etmək üçün də istifadə etmək olmaz. Bu, Nuşirəvan Səfərova qarşı qərəzli mövqedir», - deyə V.Əsədov əlavə edib.

Modern.az-ın özəl bilgisinə əsasən, sözügedən restoran tanınmış şoumen Murad Dadaşova məxsusdur.

 

***

09:33

Kütləvi informasiya vasitələri paytaxtda özbaşınalıqdan xəbər verən maraqlı şəkil yayıb. 
Bu şəkildə Bakının düz mərkəzində, şəhərimizin siması və simvollarından olan Fəvvarələr meydanında çox bahalı, dövlət nömrə nişanları olan bir neçə dəbdəbəli avtomobilin saxlandığı görünür. Bu bahalı maşınların saxlandığı dəqiq yer «Azərbaycan» kinoteatrının qarşısıdır.

Bakı Şəhər Dövlət Yol Polisinin görmədiyi təkcə bu deyil. Paytaxtda digər yol hərəkəti qaydalarının pozulmasını ANS TV-nin əməkdaşı müşahidə edib.
Gözümüzdən yayınmayan, yollarda baş verən qanunsuzluqlardan biri qara plyonkalı avtomobillərə hələ də paytaxt yollarında rast gəlinməsidir. Baxmayaraq ki, bu barədə prezidentin hələ ötən il sərt göstərişi olub.
Azərbaycan prezidenti İlham Əliyev: «Mən dəfələrlə bu məsələyə toxunmuşam ki, plyonkalar maşınlardan sökülsün. Hansısa ikinci-üçüncü dərəcəli məmurlar özlərini gizlədirlər. Kimdən gizlənirlər, nədən gizlənirlər. Xalq onları görsə, əriyəcəklər, nə olacaq ki?».
Təəssüf ki, Bakı Şəhər Yol Polis İdarəsi ölkə başçısının bu göstərişindən bir il keçməsinə baxmayaraq hələ də pəncərələrində qara plyonkalarla avtomobil idarə edən sürücülərin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Amma magistral yollarda paytaxt yolları ilə müqayisədə vəziyyət bu sarıdan daha yaxşıdır. Çünki Respublika Baş Dövlət Yol Polis İdarəsinin mütəmadi apardığı tədbirlər nəticəsində magistral yollarda şütüyən qara plyonkalı avtomobillərə qarşı tədbirlər görülür. Bəlkə elə bu səbəbdəndir ki, magistral yollarda paytaxta nisbətən daha az sayda qəzalar baş verir və yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı da azdır. 
Amma müşahidələrimiz göstərdi ki, Bakı yollarında problem təkcə bu deyil. Günorta saatlarında paytaxt küçələrində ağır tonnajlı yük avtomobillərinə rast gəlinir. Halbuki mövcud qaydalara görə, onlar yalnız saat 20:00-dan sonra paytaxta daxil ola bilərlər.

Mövzunun mətbuatda dəfələrlə işıqlandırılmasına baxmayaraq Bakı Şəhər Yol Polisi İdarəsi nədənsə yük avtomobillərinin öhdəsindən gələ bilmir.

Elə hamının dilində əzbər olan tıxac və parketmə problemi də həll edilməmiş qalır. Günün günorta çağında bahalı avtomobil sahibləri maşınları qadağan olunmuş yerlərdə park edirlər. 
Amma Bakının yol polisi niyəsə onları görmür, evakuatorlarla gəlib maşını aparmır, sürücüyə cərimə yazmır. Nəticədə yol daralır, tıxac yaranır. Normalda belə tıxac olan kimi yol polisi gəlib hərəkəti tənzimləməli, yolu açmalıdır.

Amma bizim bu gün (aprelin 14-də - red.) adətən tıxac olan ərazidə apardığımız müşahidələr zamanı gözümüzə yol polisi avtomobili dəymədi. Bəzi yerlərdə isə qanunsuz parketmə adət halını alıb. Məsələn, Nərimanov heykəlinin yaxınlığındakı restoranlardan birinin qarşısı axşam saatlarında qeyri-qanuni park edilmiş avtomobillərin əlindən keçilməz olur. Amma bahalı avtomobil sahiblərinin bu cür kobud qayda pozuntusunun qarşısını alan yoxdur. Deyilənə görə, bu restoranın sahibi Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovdur. 
Bakı şəhərində yol hərəkəti qaydalarının kobud surətdə pozulması və paytaxtın yol polisinin buna göz yumması ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik (ANS TV).