Azərbaycanlı fəalların məhkəməsi başlayıb
İranla Ermənistanın əlaqələrinə etiraz etdiklərinə görə
gunaz.tv
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Fransada 12 yaşlı uşağın məhkəməsi
Montpelye prokuroru onu terror aktlarının təbliğində təqsirli bilib
-
Həbib Sasaniyan aclıq aksiyasına son qoydu
2016-cı ilin mayında həbs edilən güneyli fəala absurd ittiham irəli sürülüb
-
«ETTELAAT-ın əlindədir»
Güneyli fəalın həyat yoldaşı: «Qeyri-müəyyən bir vəziyyətdə qaldığı üçün görə aclıq edir...»
-
«Nə hökm verirlər nə də buraxırlar»
Güneyli fəalın həyat yoldaşı: «ETTELAAT-dan məhkəməyə əmr gəlir ki bu iş tamamlanmasın»
-
6 türk fəalın məhkəməsi başlayıb
Sasaniyan yalan ittihamlara etiraz olaraq məhkəməyə getməyib
-
««Haray haray mən türkəm» şüarı funksional və praktikdir»
«Dil və etnik kimlik Moskvanın müstəmləkə siyasətinin nəticəsində dəyişdirildi»
-
Həbib Sasaniyanın həbsxanada səhhəti ağırlaşıb
Bir ildir rejimin zindanlarında mübarizə aparan fəalın şəkəri və qan təzyiqi yüksəlib
-
Əbuləziz Əzimi Qədimdən xəbər var
İranın Ermənistana göstərdiyi yardımlara etiraz edən din xadimi Evin zindanında saxlanılır
-
Azərbaycanda hakimlərin aylıq məvacibləri
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
-
Güney Azərbaycanda yeni oyanış dövrü başlayır
5 il əvvəl çoxları İraqın, Suriyanın parçalanacağını ağlına belə gətirmirdi
-
«Hazır olmalıyıq…»
Məhsa Mehdili: «Tramp İrana təzyiqi artıra bilər...»
-
Zəncanda mədəniyyət mərkəzi
Güney Azərbaycanın daha bir şəhərində ziyalılar ocağı açılır
-
«Fraksiyasının əsasnaməsi hazırlanır»
«Əsas məqsəd geridə qalmış bölgələrinin inkişafına yardım etməkdir»
-
«Qızıl mədənində fəhləlik belə bizə çatmır!»
Ağdərə mədəninin şallaq vurulan işçiləri fars-molla rejiminin ədalətinə ümid edir
-
Əli dəyənəkli tikantəpəlilər
Sarıcalı əhalisi ilə mədənçilər arasında qarşıdurma yaşanıb
Azərbaycanlı milli-mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Azərbaycanlı fəalların məhkəmə iclası iyunun 19-da (xordadın 29-da) Marağanın inqilab məhkəməsində başlayıb. Hakim Davərniya milli-mədəni fəalların ittihamını, milli təhlükəsizliyi pozmaq istəyən qrupa üzv olmaqda bildirib. Fəallar və onların vəkilləri irəli sürülən ittihamı rədd edib və öz hüquqlarını müdafiə ediblər. Yerli vaxtla saat 12:00-da başlayan məhkəmə iclası saat 14:00-a qədər davam edib. Prosesin davamı hakim tərəfindən başqa bir zamana saxlanılıb.
Azərbaycanlı fəalları vəkil Fatima Səttari və Cəfər Əfşarniya müdafiə edirlər.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar, Marağada 2013-cü il yanvarın 13-də (1391-ci il deyin 24-də) İranla Ermənistanın genişləməkdə olan əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar. Onlar Marağa və Binab şəhərlərində yerləşən öz evlərində yaxalanıblar.