vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
11:33 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 2223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qızıl mədənində fəhləlik belə bizə çatmır!»

Ağdərə mədəninin şallaq vurulan işçiləri fars-molla rejiminin ədalətinə ümid edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda Ağdərə mədəninin şallaq vurulan işçiləri hələ də hüquqlarının bərpası üçün rəsmi orqanların qərarını gözləyir.

2014-cü ildə 350 işçinin Qərbi Azərbaycan Vilayətində yerləşən Tikantəpə şəhərinin Ağdərə mədənindən qovulması, işçilərin kütləvi etiraz aksiyasına səbəb oldu. Həmin askiya zamanı etirazçılardan bir neçəsi intihara cəhd etmişdir. İşəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində pul cəriməsi və şallaq cəzasına məhkum edilmiş 17 mədən işçisinin şallaq hökmünün ötən aylarda icra edilməsi, insan haqları qurumlarının geniş etirazına səbəb olmuşdur.

17 fəhləyə 30-100 arası şallaq zərbsi vurulmasına dair xəbər mayın 25-də İLNA (Iranian Labour News Agency) agentliyi tərəfindən nəşr edildikdən sonra, məsələ mətbuatın gündəminə düşdü.

Bu dəfə «İlna» şallaq vurulan mədən işçilərin son durumu haqda məlumat yayıb. «Ağdərə mədəni işçilərinin həbs hökmü bağışlanıldı, lakin işçilərə vurulan şallaq zərbələri ölkənin əmək fəallarını şoka saldı. Onlara hüquqlarını bərpa etmək üçün aksiya keçirdiklərinə görə şallaq vuruldu, bu kiçik bir məsələ deyil... . Şallaq hökmünün icrasından aylar keçib, lakin kütləvi informasiya vasitələrində yaranan həssaslıq və bütün kütləvi etirazlara baxmayaraq şallaq vurulan işçilərin məşğulluq məsələsi hələ də öz həllini tapmayıb. Onlar bu günə kimi işsizdir. Şərqi Azərbaycan İş İdarəsinin rəisi bu məsələ ilə  əlaqədar işdən çıxarılmalı idi, lakin o da baş vermədi. Hörmətsizlik olunan işçilərin narahatlığına son qoyulmadı»- deyə məlumatda qeyd olunub.

İşçilərdən biri xəbər agentliyinin müxbirinə bildirib ki, Təxminən iki ildir işsizik və kimsə bizi dinləmir. Bu müddətdə heç bir rəsmi şəxs bizi dəstəkləmədi. «Mədənin tozu bütün ətraf əraziləri bürüyüb. Qızıla başqaları yiyələnir, lakin bizim həyatımız çirklənir. «Yuxari Ağqədərə» kəndinin əhalisi çox məzlumdur. Kənddə asfalt yol və səhiyyə xidmətləri yoxdur. Hökm icra olunduqdan sonra məsələ mətbuata çıxarıldı, bundan sonra bizi Tikantəpənin İş İdarəsinə çağırdılar. Orada Tikantəpənin millət vəkili, parlamentin işçilər üzrə komissiyasının üzvləri və Şəhər İcra Hakimiyyətinin (fərmandari) nümayəndələri toplanmışdır. O zaman düşündük ki, bizim problemimiz çözüləcək, lakin belə olmadı»- deyə adı çəkilməyən işçi bildirib.

Əmək fəalı Hüseyn Həbibi isə işçilərin öz işlərinə qayıtmasını təmami ilə qanuna uyğun hesab edir. «İşçilərlə işəgötürən arasındakı müqavilənin məzmunu hüquqi cəhətdən işin daimi olmasına dəlalət edir və bu nöqteyi-nəzərdən şirkət rəhbərliyi işçiləri yenidən işlə təmin etməlidir, lakin onlar bundan imtina edir», - deyə əmək fəalı vurğulayıb.