vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
RƏY, REPLİKA  
16:16 | 19 aprel 2014 | Şənbə Məqaləyə 1658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Novruzov ANS-i qınadı

««Molotov kotleti»ni onlar qabartdılar»

Ulduz İBRAHİMOVA

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin 18 aprel iclasında «Molotov kokteyli» ifadəsi əvəzinə «Molotov kotleti» ifadəsini işlətməsi mətbuatda geniş müzakirələrə səbəb olub.

S.Novruzov Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib: «Danışarkən ifadələrdə yanlışlığa yol verən yalnız mən deyiləm. Fikir versəniz görərsiniz ki, indiyə qədər ayrı-ayrı dövlətlərin prezidentləri, baş nazirlər və parlament başçılarının çıxışlarında belə hallar baş verib».

S.Novruzov adi bir ifadənin səhv işlədilməsinin belə geniş müzakirə olunmasını və ona verilən reaksiyaları doğru saymır: «Düzünü desəm, bu, mənə çox təəccüblü gəldi. Burada şişirdiləsi, qabardılası nə var idi ki...Enerjilərini bu məsələyə sərf edənlər olmazmı ki, güclərini Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına yönəltsinlər. Görün, enerjilərini nəyə sərf edirlər, gündəmi nəylə zəbt edirlər?

Onu da qeyd etmək istəyirəm ki, bu məsələni ən çox ANS telekanalı qabartdı. Dəfələrlə ANS rəhbərliyi və aparıcıları efirdə olarkən bundan da böyük səhvlərə yol veriblər. Burada bir qəbahət varmı? Onlara bir söz deyən olubmu?»