12:30 | 29 dekabr 2012 | Şənbə
Məqaləyə 1922 dəfə baxılıb
Şriftin ölçüsü
Xalq artisti dözmədi
Yalçın Rzazadə: «Bu mahnılar mənimdir»
Mahnıları özəlləşdirən sənətçilər sırasına biri də əlavə olundu. Publika.Az-a açıqlama verən xalq artisti Yalçın Rzazadə Emin Sabitoğlunun bir neçə mahnısının məhz onun üçün yazıldığını iddia edib: «Emin Sabitoğlunun «Dədə Qorqud» filmi üçün bəstələdiyi və oxuduğum musiqilər mənim səsimə yazılıb. O mahnılar mənə məxsusdur».
Xatırladaq ki, 7-8 il bundan öncə, xalq artisti Oqtay Kazıminin də bir neçə mahnısının məhz ona məxsus olduğunu demişdi. Hətta Oqtay Kazıminin «Taleyim» adlı mahnısını oxuduğuna görə, onunla Mətanət İsgəndərli arasında qalmaqal da yaşanmışdı.