«Soyqırım»ı danan erməni dövlət xadimi
Daşnakların lideri ermənilərin türklərə qarşı terrora hələ Türkiyə I Dünya Müharibəsinə qoşulmazdan əvvəl başladıqlarını etiraf edib
Səbinə HƏSƏNOVA, Azvision.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Merkelin Qafqaz səfəri
II yazı
-
Merkelin Qafqaz səfəri
I yazı
-
“Cənubi Qafqazda biz də varıq”
Angela Merkel bölgəyə səfəri ilə bu fikri demək istədi
-
Merkeldən gürcü müxalifətinə üstüörtülü dəstək
Qərb “Gürcü Arzusu”nu siyasi səhnəyə qaytarır?!
Bu yaxınlarda ermənilər növbəti dəfə «qara günlərini» yad etdilər; bir daha qondarma «soyqırımlarına» ağı deyib ağladılar, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdılar. Amma bu arada başqa bir sual daha çox maraq doğurur: nəyə görə, Ermənistanın birinci baş naziri və «Daşnaksütun» partiyasının əsasını qoyanlardan biri, onun lideri Ovanes Kaçaznuni öz vətənində unudulub? Bütün erməni dairələrində onun kimliyi ört-basdır edilir. Ötən əsrin 3-cü onilliyində onun fikirlərinə, siyasi fəaliyyətinin ştrixlərinə qeyri-rəsmi qadağa qoyulmuşdu. Niyə?
Cavab sadədir. Məsələ burasındadır ki,
Kaçaznuninin «erməni genosidi» ilə bağlı mövqeyi Ermənistanın hazırkı siyasi
kursu ilə ziddiyyət təşkil edir. Kaçaznuni hələ 1923-cü ilin əvvəllərində
müasir ermənilərin iradlarını darmadağın etdi, buna görə də hazırkı nəsil
ermənilərinin gözündə «günahkar» oldu.
Əgər Kaçaznuninin 1923-cü il mart
tarixli «Daşnaksütunun edə biləcəyi heç nə yoxdur» başlıqlı məşhur hesabatına
nəzər yetirsək, müasir ermənilərin onu nə üçün sevmədiklərinin əsl səbəbini
anlaya bilərik. Axı Ovanes Kaçaznuni o zamankı erməni dairələrində sıradan bir
fiqur deyildi. Bir düşünün... O, dünya tarixində ən qanlı partiyalardan birinin
lideri, 1914-cü ildən başlayaraq bütün «yaddaqalan» hadisələrin bilavasitə
iştirakçısı olub. O, həm də 1918 –ci il, mayın 30-dan 1919-cu il, mayın 28-dək
daşnaq Ermənistanının birinci baş naziri olub. Bir sözlə Kaçaznuni, daim
dövrünün ermənilər tərəfindən törədilən qanlı hadisələrinin mərkəzində olmuşdu.
Təbii ki, ona inanmamaq üçün bir əsas yoxdur.
Aydın səmada ildırım (Buxarest, mart
1923-cü il)
Bolşeviklərin zərbəsindən sonra
Ermənistandan qaçan o zamankı əksər daşnak rəhbərləri üçün gözlənilməz olsa da,
Kaçaznuni,1923-cü ilin martında Buxarestdə qalın bir hesabat yazır. «Daşnaksütun»un
xarici orqanlarının konfransına ünvanlanmış sənəd böyük rezonansa səbəb olur.
Sözügedən sənəd (bir növ etiraf) bu gün «Daşnaksütunun
edə biləcəyi heç nə yoxdur!» adı ilə məşhurdur. Hesabatda qərəzsiz analizlər
verən müəllif 1914-1923-cü illərdə Osmanlı İmperiyası ərazisində, eləcə də «Ermənistan
Respublikasının» özündə daşnaq partiyasının rəhbərliyi altında törədilən
əməlləri qınayır. O, cəsarətlə etiraf edirdi ki, ermənilər və «Daşnaksütun»
partiyası böyük güc strukturlarının əlində bir alət olub.
Sonrakı dövrlərdə Avropa və Yaxın Şərq
şəhərlərindəki erməni koloniyalarında mövcud xarici daşnaq mərkəzləri sənədi
gizlətdilər.
Məlum olduğu kimi, sənədə ilk növbədə
kommunist ideologiyasının rəhbərləri, Kreml funksionerləri diqqət yetirdilər.
Hesabat Moskvada rus dilinə tərcümə olunaraq nəşr olundu. 1990-cı ildə artıq
Bakıda, yenə rus dilində, ötən il isə Türkiyədə türk dilində (türkoloq Arif
Acaloğlunun tərcüməsi) çap edilib.
Günahsız günahkar?
Birincisi, o yazır: «1914-cü ilin
payızında, Türkiyə hələ müharibə aparan ölkələrin sırasına qoşulmamış (Ankara
heç müharibəyə hazırlaşmırdı da) Qafqazda könüllü erməni dəstələri yüksək
enerji ilə təşkilatlanmağa başladılar (səh.10). Diqqət yetirin – «müharibə
başlamazdan əvvəl... « Beləliklə də, müəllif etiraf edir ki, birinci erməni
dəstələri Osmanlı İmperiyasına qarşı çıxdı və türklərə qarşı hərbi
əməliyyatlarda fəal iştirak etdi. O həmçinin bildirir ki, Osmanlı İmperiyasının
müharibəyə qoşulması ilə, qeyd etdiyimiz erməni dəstələri, eləcə də Türkiyə
vilayətlərində yaşayan bütün ermənilər Rusiyanın tərəfinə keçdilər.
Daha sonra Kaçaznuni yazır: «Bütün bu
müddət ərzində ermənilər düşmən Türkiyənin Antanta düşərgəsində yerləşmişdilər
və Türkiyədən «dənizdən dənizə qədər bir Ermənistan» tələb edirdilər, Avropa və
Amerikanı rəsmən Türkiyəyə qoşun göndərməyə və türk vilayətləri üzərində hökmranlıqlarını
təmin etməyə çağırırdılar. Bütün bunların fonunda Türkiyə hökuməti ilə müharibə
aparır, onları öldürür və özləri ölürdülər». Kaçaznuni bunu bir səhv olaraq
görürdü.
Daha sonra erməni müəllif «Türkiyə
ermənilərinin köçürülməsi» məsələsinə toxunur. Diqqət çəkən məqamlardan biri də
budur ki, o, məhz «köşürülmə» terminindən istifadə edir, müasir erməni siyasi
leksikonunda dəbdə olduğu kimi «genosid» və ya «talan» sözlərindən yox. O yazır
: «Türklər nə etdiklərini bilirdilər və bu gün nəyisə etiraf etmələrinə heç bir
səbəb yoxdur; erməni məsələsinin kökündən həlli üçün, gələcəyin də göstərdiyi
kimi bu üsul ən həlledici və məqsədəuyğundur» (səh. 13).
O, Ərəbistanda məskunlaşmış ermənilər, «Rusiya
kəndlərini dolduran» qaçqınlar barədə yazır və bunun günahını «Daşnaksütun»
partiyasında görür, onun liderlərini avantürizmdə ittiham edir. Onun sözlərinə
görə, «asanlıqla belə bir nəticəyə gəlmək olar ki, Türkiyənin 6 vilayətində
yaşayan ermənilər Ərəbistana köçürüldü, onların bir hissəsi isə Cənubi Qafqazda
yerləşdi».
Kazakların köçürülmə planının
uğursuzluğu
Kaçaznuniyə görə, Rusiya hakim
dairələrinin kazakları Şərqi Anadolunun boşaldılmış ərazilərinə köçürmək
planları olub. Buna görə də onlar əvvəlcə erməniləri silahlandırdılar və onları
türklərin üzərinə yönəltdilər ki, Anadolunun şimal-şərq ərazilərində yaşayan
türkləri qırıb-çatsınlar. Daha sonra isə öz hərbi əməliyyatlarının praktiki
olaraq dayandıraraq həmin erməniləri taleyin ümidinə buraxdılar. Bu qəddar plan
ermənilər üçün acınacaqlı oldu: onlar həm Türkiyə vilayətlərində yaşamaqdan
məhrum oldular, həm də ki, türkləri qırmağa nail ola bilmədilər. Bununla
yanaşı, 1920-ci ilin yayından başlayaraq sovetləşdirilmiş Azərbaycandan olan
qaçqınlar həmin vilayətlərdəki boşluğu doldurdular...
Türkiyə KİV-inin məlumatına görə,
tarixçilər Kaçaznunuin hesabatının kitab şəklində Türkiyədə nəşrinə müsbət
yanaşdılar. Bir sıra alimlərin fikrincə, bu nəşr müasir ermənilərin qondarma
soyqırımı ilə bağlı mövqelərini bir xeyli sarsıdacaq. Yeri gəlmişkən hesabat ingilis
və fransız dillərində də nəşr olunacaq.
Yaxşı olardı ki, qərb qanunvericiləri öz parlamentlərində qondarma «erməni soyqırımı» barədə qətnamə müzakirəyə qoymazdan əvvəl Ovanes Kaçaznuninin etiraflarını oxusunlar.