vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
21:59 | 15 iyun 2014 | Bazar Məqaləyə 1693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siqaret məni məhv etdi»

Azərbaycanlı xanım müğənnidən etiraf

«Artıq siqaretə «yox» demişəm. Siqaret mənə dərddən və yuxusuz gecələrdən başqa heç nə verməyib». Bu sözləri Lent.az-a «Elit star» adı ilə tanınan müğənni Cəmilə İsgəndərova deyib. İfaçı ötən gün saytımızda «siqaretdən istifadə edən xanım müğənnilər» mövzusunda onun da adının hallanmasını normal qarşıladığını vurğulayıb.


«Bəli mən Cəmilə İsgəndərova siqaretdən istifadə edirdim. Bunda qəbahət bir şey görmürəm və heç görməyəcəm də. Amma təxminən bir ilə yaxın vaxtdır ki, bu vərdişimdən əl çəkmişəm. İndi siqaretdən uzağam. Siqaretdən uzaqlaşmağım  səbəbsiz olmadı. Sağlam həyat tərzi sürümək istədim. Şükürlər olsun istəyimə nail oldum. İstəyirəm ki, tək xanımlar yox, bəylərdə siqaret çəkməsin. Çox pis vərdişdir. Mən çox az müddət siqaretin dadına baxmışam. Çox iyrəndim. Əsəb sistemlərimi məhv etdi. Siqaret mənə yuxusuzluq, aqressivlik gətirdi. Hansı xanımlar istəyirlər ki, gözəl təravətli olsun, o zaman ilk növbədə siqaretə «yox» desin. Mən bu gün etiraf edirəm, siqaret məni məhv etdi».