vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
20:36 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1516 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müğənnimiz Rusiyada həbs olundu

Sərhəddi qanunsuz keçdiyinə görə...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şadan» qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulması xəbəri yayılıb. Vaxt.az gecce.az-a istinadən xəbər verir ki, ifaçı bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilib. Amma buna baxmayaraq İntizar təxminən 10 gün öncə, sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən, hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb. Müğənninin Rusiyaya budəfəki gedişinin səbəbi xalası oğlunun orada baş tutacaq toy mərasimi olub.


Əldə etdiyimiz məlumata görə, İntizar əməkdar artist Ədalət Şükürovun xahişi ilə Sankt Peterburqdan Moskvaya gətirilib. 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub. Buna səbəb isə məhkəmənin həmin işi araşdırması deyilir.

Xatırladaq ki, müğənninin 50 gün ərzində Bakıda iştirak edəcəyi toy məclislərini isə Ədalət Şükürov və Qala qrupu idarə edəcək.