Strasburqda Krımoğlu harayı
«Mənə dedilər ki, Rusiya ərazisinə girməyə icazən yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
İyunun 25-də Strasburqda konfrans verən Krım tatarlarının lideri Mustafa Krımoğlu öz xalqına qarşı edilən haqsızlıqlardan danışıb.
İyunun 25-də Strasburqda konfrans verən Krım tatarlarının lideri Mustafa Krımoğlu öz xalqına qarşı edilən haqsızlıqlardan danışıb.
Krım tatarlarının lideri 19 apreldən bəri Krıma gedə bilməsə də, hələ də fəaliyyət göstərən Krım Tatarlarının Məclisi sayəsində və digər vasitələrlə müntəzəm olaraq detallı məlumat aldığını bildirib.
Krımoğlunun fikrincə, tatarlar Krım böhranında ən kövrək və ən çox əziyyət çəkən tərəfdir. Rusiyanın Federal Təhlükəsizlik Xidməti hələ böhrandan əvvəl Krım tatarlarını Rusiyanın regiondakı strateji maraqlarına mane ola biləcək bir qrup kimi səciyyələndirmişdi. Onları zəiflətmək cəhdləri də bu məntiqdən doğur. Ancaq bu cəhdlər boşa çıxdı.
Krımoğlu hazırda da tatarların rus işğalına qarşı olduğunu bildirib. Tatar Məclisinin önündə hələ də Ukrayna bayrağı dalğalanır. Tatarlara bütün nümayəndəli strukturlarda 20 faizlik nümayəndəlik, qədim tatar toponimikasının bərpa olunması və digər şeylər vəd olunsa da, hadisələr bunun vəd olaraq qalacağına işarədir. Krımoğlu martın 12-dən Putinin bunları ona şəxsən söz verdiyini də xatırlatdı. O, Brejnevsayağı sərsəm siyasi sistemin, represiyaların başladığını dedi.
Krımoğlu bütün tatarların təhqiredici bir arayışla rus vətəndaşlığını qəbul etməyə məcbur edildiyini bildirib. O, bunu faşist Almaniyasının işğalı zamanı verilən «ausvays»larla müqayisə edib. Repressiyalar və demokratik azadlıqların məhdudlaşdırılmasından söhbət açarkən o, sərbəst toplaşmaq azadlığının olmamasından, mətbuata təzyiqlərdən danışıb. M.Krımoğlu bildirib ki, tatarlara deportasiyanın ildönümünü, eləcə də bayraq gününü qeyd etmək qadağan olunub. Tatarların Avdet qəzeti «anneksiya», «işğal» terminlərini işlətdiyi üçün dəfələrlə mərkəzi hakimiyyət tərəfindən təhdid edilib. «Tatar Tv»ni ələ keçirməyə cəhd etsələr də, bu mümkün olmayıb. Çünki televiziya binasının mühafizəkarları təcavüzkarlara güllə atmağa hazır olub.
Krım tatarlarının iqtisadi vəziyyəti də pisləşib. Pensiyalar söz verildiyi kimi iki dəfə deyil, 1.5 dəfə qalxsa da, qiymətlər iki dəfə qalxıb. Əsas gəlirləri turizmdən olan yerlilər indi bundan da məhrum olublar. Ötən ay öz liderlərini qarşılamaq üçün toplaşmış tatarların hər biri 1000 dollara yaxın cərimə ediliblər ki, bu da onlar üçün kifayət qədər böyük rəqəmdir.
M.Krımoğlu ötən aylarda Krımı beş minə yaxın tatarın tərk etdiyini xatırladıb. «Onilliklər boyu tatarların Krıma qayıtması üçün mübarizə apardıq, indi isə oranı tərk etməməsi üçün savaşmağa məcburuq», - deyə Krımoğlu bildirib.
Mustafa bəyin fikrincə, indiki vəziyyət Sovet rejimindən daha pisdir, çünki ən azından sovet agenturasının nə edəcəyini öncədən təxmin etmək mümkün idi. İndi isə insanlar sadəcə yoxa çıxa bilir. O, günün günorta çağı işğalçı əsgərlər tərəfindən oğurlanıb öldürülən insanlardan danışdı. Öz daxilində belə problemlər olan Rusiya ilə rəqabətin çətin olması məsələni daha da qəlizləşdirir.
Müxbirimizin yerli tatar hakimiyyətinin müqavimətə nə dərəcədə davamlı olduğu sualına cavab verərkən Krımoğlu Tatar Məclisinə güvəndiyini deyib. «Məclis həmişə uğurlu fəaliyyət göstərib, hətta SSRİ-nin dağılmasına belə təkan verib. Amma bu dəfə biz tək bacarmayacağıq. Beynəlxalq ictimaiyyət buna öz töhvəsini verməlidir», - deyə o əlavə edib. O, zamanın tatarların əleyhinə işlədiyini bildirib və xatırladıb ki, Krımın demoqrafik vəziyyəti də dəyişir. Ukraynanın şərqindən ruspərəst separatçıları qaçqın adı ilə Krıma yerləşdirirlər. Tatarların çıxıb getməsinə çalışırlar. Qonşu Türkiyədə tatarların sayı Krımdakından daha çoxdur.
Krıma getməyə qoyulan qadağadan danışarkən isə o, «mənə dedilər ki, Rusiya ərazisinə girməyə icazən yoxdur. Mən isə cavab verdim ki, Rusiyadan 60-cı illərdə çıxmışam və ora geri dönmək fikrim yoxdur. Mən Ukraynaya, Krıma, öz vətənimə dönmək istəyirəm», - o deyib.