vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
09:11 | 28 iyun 2014 | Şənbə Məqaləyə 3695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kişi ölməyib. Böyük oğlunun...»

Siyavuş Aslanın deyə bilmədiyi son sözü: «Sizi bura yığmaqda məqsədim odur ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Siyavuş Aslanın vəfatından bu gün bir il keçir. Azərbaycanın gülüş səhnəsinin sonuncu tərk edən bu dahi aktyoru bir daha yad edək.


ANS TV-nin məlumatına görə, Siyavuş Aslan «Hicran» tamaşasının bu uğursuz pəltəyi əslində səhnəmizin dil-dil ötən aktyorlarından idi. O, mənim yaddaşımda təkcə sevilən aktyor kimi yox, həm də ölümünü gözləyən ixtiyar qoca kimi qalıb. Onun 77 yaşını təbrik etmək üçün evinə getmişdim. Həyatı çəkiliş pavilyonlarında, teatr səhnəsində keçən bu nəhəng aktyorun dörd divar arasına sığınıb qalması ürəyimi ağrıtmışdı. Ən çox da məni təsirləndirən verdiyim suallara eynən «Hicran» tamaşasında yaratdığı obraz sayağı cavablayırdı. Nəsə demək istəyirdi, alınmırdı. Amma tez-tez başını qaldırıb Ofelya xanımın şəklinə baxmasından hiss etmişdim ki, şəklini başı üstündən asdığı qadınını zamanında başının tacı edə bilməməsi onu möhkəm ağrıdır.

Bir il əvvəl isə Siyavuş Aslanın ölüm xəbəri bizi ağrıtdı. Əlbəttə, kifayət qədər yaşamışdı, ömrünü sürmüşdü, amma o, bu dünyadan miskin köçdü. Gecə saatlarında keçinməsinə baxmayaraq səhər saat 11 radələrində də aktyorun cənazəsi ortalıqda tək-tənha qalmışdı. Mən hələ bu qədər urvatsız ölü görməmişdim. Heç kim ağlamırdı. Əlbəttə, sonradan mənəvi bir borc kimi hamı özünü Dövlət Dram Teatrına yetirdi, xatirələrini danışdı. Səyavuş Aslanın nəhəng aktyor, yaxşı dost olduğunu ən pafoslu şəkildə kameralara söylədilər. Alqışlarla son mənzilə yola saldılar. Bax burda mənə elə gəldi ki, sənətkar öz cənazəsindən qalxıb «Yol əhvəlatı» filmində canlandırdığı məşhur obrazın sözünü epiloq kimi deyəcək: «Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da...»

Hansı ki, bu adamlar çoxu xəstə aktyora heç ara-sıra da baş çəkmirdilər. Bəli, bu, biz insanların xarakteridir, xüsusiyyətidir. O, da sağlığında hər cür xarakterdə, xüsusiyyətdə insan obrazı yaratmışdı. Amma Siyavuş Aslan kimi öldü. Sənət isə ölmür, o yaşayır.

«Əhməd haradadır»da saqqal Ramizi görəndə, «Yol əhvalatı»nda və bizə Səyavuş Aslanı yada sala biləcək ən müxtəlif əhvalatlarda biz onu həmişə xatırlayacağıq.