«7 rayon qaytarılmalıdır»
ABŞ-ın Bakıdakı səfiri İrəvandakı həmkarının səsinə səs verdi
Vasif HƏSƏNLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
«Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır». Belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar Publika.az-a eksklüziv açıqlamasında bildirib.
Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağın sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib:
«Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7 işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır.
Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik».
R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı məsələni də şərh edib:
«Mən ümid etmək istərdim ki, bu görüş Parisdə baş tutacaq. Hazırda isə bu görüşün baş tutacağı barədə danışmaq erkən olardı. Çünki bu görüşün tarixi hələ ki bəlli deyil. Sadəcə olaraq, onu düşünürəm ki, belə görüş çox faydalı olardı. Yəni iki prezident bilavasitə Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparardı və bu problemin həlli barədə konkret danışardılar. Ancaq hələ ki məndə bu görüşün təfərrüatı barədə hər hansı məlumat yoxdur. Düşünürəm ki, prezidentlər özləri bu görüşün təşkilinə razılıq verəcəklər və daha sonra da görüşün vaxtı müəyyənləşəcək».
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həlli zamanı müəyyənləşəcək.
O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:
«Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur».