Nazir nəvəsi 40 milyon qazandı
Samit Yakovlev babası Sabit Orucovun SSRİ dövründə çox mühüm vəzifələr tutub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Axirət saatında son iki dəqiqə
Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb
-
«İnventyum Asset Menecment» (Inventum Asset Management) şirkəti bu ilin 6 ayı ərzində 40 milyon dollar təmiz gəlir əldə edib. Axar.az xəbər verir ki, beynəlxalq biznes mediasının haqqında məlumat yaydığı «İnventyum Asset Menecment» bu gün dünya biznesində ən real analitik təhlillər verən qurum hesab olunur və bu qurumun proqnozları ilə dünyanın əksər iri transmilli koorporasyaları razılaşırlar.
Maraqlı olan burasıdır ki, qurumun rəhbəri Samit Yakovlev azərbaycanlıdır.
Xatırladaq ki, Samit Yakovlevin həm babası, həm də anası azərbaycanlıdır. Babası Sabit Orucov 1912-ci il mayın 30-da Bakıda doğulub. Orta təhsilini Bakıda alıb, 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxuyub.
1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə «Krasnodarneft» Birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərinin kuratoru, 1965-72-ci illərdə SSRİ Neft Sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz Sənayesi naziri olub.
Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilib, orden və medalları ilə təltif olunub.
O, 1981-ci il aprelin 20-də Moskvada vəfat edib və Novodeviçi məzarlığında dəfn olunub.
Samitin anası rus mühəndis Dmitri Yakovlevə ərə gedib. Onlar hazırda Moskvada yaşayırlar.