vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞOU BİZNES  
15:09 | 17 iyul 2013 | Çərşənbə Məqaləyə 9384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda erotik hind filmləri

Tanınmış klipmeyker Nail Naiboğlu yeni layihəyə imza atıb

axsam.az

Tanınmış klipmeyker Nail Naiboğlu yeni layihəyə imza atıb. Axşam.az-ın məlumatına görə, rejissor bildirib ki, Hindistanda "Jism 2" adlı böyük qalmaqala səbəb olan film tezliklə Azərbaycan efirində yayımlanacaq. Rejissor bununla da uşaqlıq arzularını həyata keçirdiyini qeyd edib: "Uşaqlıqdan hind filmlərinə marağım vardı. Dərsdən qaçıb o vaxtı köhnə məhəlləmizdə olan kinoteatra gedib hind filmlərinə baxırdım. Uşaqlıq illərimi yada salmaq istədim və yeni çəkilmiş bu filmi xoşladığım üçün qərara gəldim ki, həmin filmi Azərbaycan dilinə dublyaj etdirim".

Rejissor həmçinin bildirib ki, filmin dublyajı hələ tam hazır deyil. Bu səbəbdən də nə zaman efirdə yayımlanacağı müəyyənləşməyib.
Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adı ilə yayımlanacaq film açıq-saçıq səhnələrin olması səbəbindən Hindistanda böyük qalmaqal yaradıb.
Nail Naiboğlu sonda onu da qeyd edib ki, filmin baş rol ifaçısını estradamızın tanınmış müğənnilərindən biri oynayacaq. İşlərin davam etdiyini söyləyən rejissor dublyaj bitdikdən sonra yayımlanma tarixini dəqiqləşdirəcəklərini bildirib.