Səfir vida çıxışı etdi
«ABŞ Azərbaycanda iğtişaş yaratmaq istəmir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
«Amerika Birləşmiş Ştatları Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir». Bu barədə bu gün səlahiyyət müddətinin bitməsinə həsr olunmuş vida mərasimində çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar bu vəzifədəki son nitqində bildirib.
«Gələcəyə baxaraq ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaq. Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik» - deyə diplomat əlavə edib.
Morninqstar öz fəaliyyətinə də toxunub:»Mən «Cənub qaz dəhlizi»nin gerçəkləşdirilməsinə təkan verməkdən çox məmnun oldum».
«Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı»
Səfir qeyd edib ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətlərdən nümayiş etdirib: «Təzyiqlərə baxmayaraq Azərbaycan Bakı-Tiflis-Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olub. Birləşmiş Ştatlar kəməri dəstəklədilər, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi».
Diplomatın sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək «Cənub qaz dəhlizi»nə sadiqlik nümayiş etdirməsi eyni dərəcədə cəsarətli addım idi: «Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, ikitərəfli ticarət və sərmayələr daha da artacaq».
Səfir bildirib ki, Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var: «Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək».
R.Morninstarın sözlərinə görə, ABŞ Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək. Səfir həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ bəzi məsələlərə fərqli yanaşır: «Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik. Azərbaycan mürəkkəb məkanda yerləşir. Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik».
«Təmas xəttində baş verən hallar və faciəvi itkilər çox ağrılıdır»
Azərbaycan və Ermənistan qoşunlarının
təmas xəttində baş verən hər hansı xoşagəlməz hallar və faciəvi itkilər çox
ağrılıdır.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar jurnalistlərin işğal altında olan Kəlbəcər rayonunda
azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib.
Səfir qeyd edib: «Bilirəm ki, təmas xəttindəki hadisələr ATƏT-in Minsk qrupunun
həmsədrlərini çox narahat edir və bu, bir daha bu dəhşətli münaqişənin tez bir
zamanda nizamlanmasının əhəmiyyətini göstərir».
ABŞ-ın Azərbaycanda yeni səfirinin ölkəyə nə zaman gələcəyi ilə bağlı suala
cavabında R.Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda
təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: «Bildiyiniz kimi, Konqresimiz bütün
namizədləri tez bir zamanda təsdiq etmir. Bunun cənab Robert Sekuta və ya
Azərbaycanla heç bir bağlılığı yoxdur».
O, qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə
sadiq qalmağı, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi
tövsiyə edib: «Әminəm ki, o, öz işini çox yaxşı görəcək».
Kəmaləddin Heydərov ABŞ səfiri ilə vidalaşdı
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov diplomatik missiyasının başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşüb.
FHN-in saytının verdiyi məlumata görə, K.Heydərov səfirin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhkəmlənməsindəki rolunu qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir ABŞ-ın müvafiq qurumları ilə nazirlik arasında əməkdaşlığın perspektivlərindən bəhs edib, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da güclənəcək.
Görüşdə səfirə Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Səfir R.Morninqstar ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ştatların müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.