vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:14 | 27 iyul 2013 | Şənbə Məqaləyə 2238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Konqresi separatçı rejimə yardım ayırmayıb

Azərbaycan XİN erməni mətbuatındakı yalanı ifşa etdi

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

“ABŞ Konqresinin xarici təxsisatlar alt komitəsinin qəbul etdiyi qərar erməni mətbuatı tərəfindən düzgün təqdim olunmur. Burada məqsəd dünya birliyini açıq-aşkar aldatmaq cəhdidir”. APA xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib.

“İyulun 24-də ABŞ Konqresinin xarici təxsisatlar üzrə alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım ayrılması barədə qərar qəbul edib. Dağlıq Qarabağın azərbaycanlı icması da belə qurbanlardandır. Erməni tərəfi faktı elə təqdim etməyə çalışırdı ki, guya bu münaqişənin qurbanları yalnız ermənilərdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması reallığından yan keçərək beynəlxalq ictimaiyyəti aldatmaq olmaz”. E.Abdullayevin sözlərinə görə, alt komitədə ermənipərəst konqresmenlərin bir çox tələbləri, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejimə 5 milyon dollar yardım göstərilməsi barədə tələb yerinə yetirilməyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. (APA) Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunub. Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Komitə sədri bildirib ki, Azərbaycan hökuməti bu günədək qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf edib. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb, bu qəsəbələrdə 150 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilib: “Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib. İşğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb olunub. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalıb”. Azərbaycan hökumətinin məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırladığını deyən komitə sədri ölkədə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatlar və dövlət qurumlarının bu proqramın hazırlanmasına cəlb olunduqlarını vurğulayıb.
Azərbaycana səfəri barədə məlumat verən Filip Lefort bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən F.Lefort qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür: “Bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir. Münaqişənin qısa müddətdə nizamlanması üçün Aİ kömək göstərməyə hazırdır”.