vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:41 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 2125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Politoloqun Soçi proqnozu

Vəfa Quluzadə: «Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan-Ermənistan prezidentlərinin avqustun 8-9-da Soçidə görüşəcəkləri gözlənilir. Cəbhədə gərginliyin getdikcə artdığı zamanda Rusiyada keçiriləcək bu görüşdən gözləntilər müxtəlifdir. İctimaiyyətdə səslənən fikrə görə, Azərbaycan Soçi görüşündən sonra Avrasiya İttifaqına qatıla bilər. Digər ekspertlərin proqnozlarına görə isə Soçi görüşündən sonra işğal altında olan torpaqlarımız geri qaytarılacaq.

Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyilənlərə zidd fikir səsləndirib. Politoloqun sözlərinə görə, Putinin bu görüşü təşkil etməkdə məqsədi başqadır:

«Hesab edirəm ki, Soçidə heç bir irəliləyiş əldə olunmayacaq. Görüşdən sonra Putin çıxış edərək bildirəcək ki, hadisənin hərbi eskalasiyasina imkan verilmədi. Rusiyanın təsiri altında tərəflər razılaşdılar ki, cəbhə xətti boyunca atəşkəsə riayət etsinlər.  Bununla da cəbhədə müşahidə edilən hazırkı gərginlik də sona çatacaq. Düşünürəm ki, bundan artıq heç bir nailiyyət olmayacaq. Avrasiya və Gömrük İttifaqına gəlincə, Azərbaycan bu layihələrə qoşulmayacaq». Qeyd edək ki, Ermənistan tərəfi artıq bir həftədir ki, atəşkəsi ciddi şəkildə pozaraq üzbəüz mövqelərimizə hücum edir.