13:14 | 30 iyul 2013 | Çərşənbə axşamı
Məqaləyə 1842 dəfə baxılıb
Şriftin ölçüsü
“Dialoq baş tuta bilər”
Əli Həsənov: “Yaxınlarda siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşəcəyik”
“Seçkilərin elə mərhələsinə daxil oluruq ki, müxalifət partiyaları ilə təmaslar qaçılmazdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
PA rəsmisi bu cür təmaslara ehtiyac olduğunu deyib: “Biz bu sahədə ATӘT-lə danışıqlar aparırıq. ATӘT-in müxtəlif partiya funksionerlərini bir araya toplayaraq seminarlar keçirməsi, seçkilərlə bağlı narahatlıq doğuran məsələlər olanda, onların şəffaf müzakirə olunub qərar qəbul edilməsi təcrübəsi mövcuddur. Yəqin ki, biz seçkilər ərəfəsində bütün siyasi partiya rəhbərləri və funksionerləri ilə görüşlər keçirəcəyik”.