vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
10:56 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəbilələrarası savaş...

... Liviya hökumətini təngə gətirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Liviyada son bir neçə aydır ki, qəbilələr arasında davam edən iğtişaşlar hökuməti təngə gətirib. Hökumət ölkədə stabilliyi bərpa etməkdə çətinlik çəkir.

Vəziyyətlə əlaqədar yeni seçilmiş parlament ötən gün silahlılara beynəlxalq səviyyədə müdaxilə edilməsi üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. Hökumətin bu müraciəti xalq arasında etirazlara səbəb olub. Paytaxt Tripolidə baş tutan aksiyaya minlərlə insan qatılıb. Liviyada 2011-ci ildə sabiq Müəmmər Qəddafi rejimi devrildikdən sonra hazırkı hökumətə qarşı çıxan qüvvələrlə hökuməti dəstəkləyən qüvvələr arasında mübarizə gedir. Mübarizə fonunda ölkədə çoxsaylı zorakılıqlar törədilib. Gərgin vəziyyətlə əlaqədar bir qədər əvvəl ölkədə olan bütün xarici ölkə səfirlikləri, diplomatlar ölkəni təcili olaraq tərk etmək məcburiyyətində qalmışdılar.