

Putini təhqir edən müğənni evinə polis basqını zamanı ölüb
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Şimali Koreya ilk dəfə olaraq uranın zənginləşdirilməsi obyektini ictimaiyyətə açıqladı
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
Kim Çen Inın dünənki səs-küylü bəyanatına qarşı Seulda üçlü zirvə görüşü
Kim Çen In: “Şimali Koreya məsuliyyətli nüvə dövlətidir”
Şimali Koreya lideri hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır
Şimali Koreyanın pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı hazırlıq görülür
8 saatda 260 plastik butulka dolu torba göndərilib
Cənubi Koreya və ABŞ canlı sursatla hava təlimlərinə başlayıb
Şimali Koreyada kamikadze PUA nümayişi
Çin ABŞ-ın nüvə strategiyasını dəyişdirməsinə etiraz edib
Hərbçinin ciddi qorunan sərhədi necə keçdiyi bəlli deyil
Cənubi Koreyalılar nüvə silahına sahib olmaq istəyir
Tur operatoru iddia edir ki, ziyarətçilər şimali koreyalıların gözlərini və ağıllarını açacaqlar
Şimali Koreya Yaponiyanın nüvə silahı olmayan dünya çağırışını tənqid edib
Şimali Koreya yeni istiqamətləndirmə sistemi ilə təchiz edilmiş 240 millimetrlik çoxlüləli reaktiv yaylım atəşini sınaqdan keçirib. Hərbi təlimləri heç vaxt qaçırmayan Şimali Koreya lideri Kim Çen In 240 millimetrlik çoxlüləli raketin sınaq atışını şəxsən izləyib. Atışmaları izləyən Kimi yüksək rütbəli əsgərlər müşayiət edib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, çoxlüləli raket qurğusunun manevr və cəmlənmiş atəş qabiliyyəti texniki cəhətdən yenilənib. Yeni istiqamətləndirmə sistemi ilə təchiz edilmiş reaktiv yaylım atəşi sistemi sınaqdan keçirilib.
Şimali Koreya fevralın 12-də çoxlüləli reaktiv yaylım atəşi qurğusu üçün yeni “idarə oluna bilən” sursat və ballistik idarəetmə sistemi hazırladığını elan edib. Qeyd edilib ki, yeni yaradılmış sistemlər Şimali Koreya ordusunun çoxlüləli reaktiv yaylım atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.
Bu arada, Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəsinə təyin etdiyi rezident əlaqələndirici Co Kolombanonun da olduğu 25 əməkdaşını mart ayından bu yana ölkəyə qəbul etmədiyi bildirilib.
Yonhap xəbərlərinə görə, Kolombano və bir çox BMT əməkdaşına mart ayından Şimali Koreyaya giriş qadağan edilib. BMT-nin İnkişaf Koordinasiya Ofisindən verilən açıqlamada qeyd olunub ki, Şimali Koreya hökuməti ilə BMT əməkdaşlarının ölkəyə daxil olması ilə bağlı vaxt və prosedurlar müzakirə olunmağa davam edir.
Açıqlamada Şimali Koreya ilə BMT arasında razılığın əldə olunacağı təqdirdə BMT-nin Pxenyanla əməkdaşlıq fəaliyyətlərini davam etdirməyə hazır olduğu bildirilib.
Bildirilib ki, hazırda ölkədə BMT-nin 50-yə yaxın şimali koreyalı əməkdaşı var, 25 beynəlxalq personal isə ölkəyə daxil olmaq üçün təsdiq gözləyir.