«Seçim anı gələndə təhlükə də yaxınlaşır»
Vəfa Quluzadə yenə Azərbaycanı gözləyən sınaqdan danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
«Azərbaycanı gərgin sınaq gözləyir və ölkəmiz Qərb seçimi edəcək: Rusiyanın Ukraynaya hücumuna qədər Qərb sanki eyforiyada idi. Çünki əsas rəqib hesab edilən SSRİ çökdü və kommunist ideologiyası dağıdıldı. Ona görə də Qərb özünü çox rahat hiss edirdi və Rusiyadan təhlükə gözləmirdi».
Bunu «Azadlıq» qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
O bildirib ki, hətta Abxaziya və Cənubi Osetiya işğal ediləndə də Qərb oyanmadı. Ancaq Rusiya Ukraynaya hücum edəndən sonra Qərb anladı ki, həqiqətən də Rusiya SSRİ-ni bərpa etmək istəyir və dünya üçün təhlükəyə çevrilir: «İndi Qərb qarşısındakı düşməni görür və mübarizəni gücləndirəcək».
Ekspert onu da əlavə edib ki, Azərbaycan bu prosesdə düzgün qərar verməli, Qərb isə Azərbaycanı real təhlükədən qorumalıdır: «ABŞ dünyanın ən güclü ölkəsidir və bir qayda olaraq potensialının hamısından istifadə etmir. Həlledici məqamda isə tam gücünü qoyur. İndi bu nəhəng oyanıb və NATO da bu nəhəngin bir hissəsidir. Azərbaycan balans siyasəti dövründə özünü daha komfortlu hiss edirdi. İndi isə vəziyyət dəyişib və seçim qarşısındayıq. Hər dəfə seçim anı gələndə təhlükə də yaxınlaşır.
İstənilən halda Azərbaycan Qərb seçimi etməlidir. Qərb isə Azərbaycanı Rusiya təhlükəsindən qorumalıdır. Rusiyada keçirilən Xəzəryanı dövlətlərin sammitində də Rusiya tələb edəcək ki, Xəzərin səthi ümumi olsun və sərhəd olmasın. Çünki belə olduqda Rusiyanın hərbi donanması istənilən kimi hərəkət edir. Qarşıda gərgin döyüş var və ümid edirəm ki, Azərbaycan bu döyüşdən salamat çıxacaq».