vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
11:38 | 27 avqust 2014 | Çərşənbə Məqaləyə 1180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni quyruğu kəsən

Yaxud Qazaxıstan lideri rəsmi Moskvanı necə cilovladı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Siyasi yox, iqtisadi ittifaqın yaradılması daha doğrudur. Rusiya, Qazaxıstan və Belarus prezidentləri bir araya gələndə, əgər bir nəfər əksinə olursa, heç bir qərar qəbul edilmir. Bizim hüquqlar bərabərdir, əgər biz nə iləsə razı olmarıqsa, Qazaxıstanın Avrasiya İttifaqından çıxmaq hüququ həmişə var», - deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan televiziyasına müsahibəsində bildirib.

Ekspertlər və politoloqlar hesab edir ki, bu cür bəyanat birbaşa Rusiyanın Ermənistanı Gömrük İttifaqına işğal olunmuş Azərbaycan əraziləri ilə birlikdə daşımaq cəhdi ilə bağlıdır. Yalnız Astananın prinsipial mövqeyi Dağlıq Qarabağı bu təşkilata daxil etməyə imkan verməyib.

Dolayısı yolla bunu bu günlərdə Serj Sərkisyana da bildirib ki, Gömrük İttifaqının üzvlərinin heç də hamısı Ermənistanın bu təşkilata girməsinə şad deyillər. «Biz problemləri olan balaca ölkəyik, bu da Gömrük İttifaqının digər üzvləri üçün müəyyən çətinliklər yaradır». Təbii ki, problem dedikdə o, hər şeydən öncə, işğal etdikləri Azərbaycana məxsus Dağlıq Qarabağı və onun ətrafında olan Azərbaycan rayonlarını nəzərdə tutur.

Nursultan Nazarbayev həmçinin qeyd edib ki, Qazaxıstanın əsas sərvəti müstəqillikdir. Bununla yanaşı, o, ölkəsinin Gömrük İttifaqına girdikdən sonra əldə edəcəyi iqtisadi yararlardan bəhs edib. Həm də əlavə edib ki, Qazaxıstanın Avrasiya İttifaqına girməsi ölkə üçün çox əlverişlidir.