«Xahiş edirik vətəndaşınıza sahib çıxın»
Kəlbəcərli girovlarla bağlı Putinə müraciət edildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Girovların məsələsi tezləşdirilməlidir”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
-
Ermənistan kritik həftəyə girdi
Müharibənin “fitil”i çəkilə bilər
-
“Lavrov gedir, Qarabağ qayıdır...”
Kremlin ilginc ssenarisi işə düşür
-
«Atəşkəsə əməl edəcəksən!»
Putin Əsədə əmr verdi
-
«Soyuq müharibə» qapıda
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
-
Rusların hərbi əzələsi
Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?
-
ABŞ-ın uğursuz «ərəb ssenariləri»
... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..
-
Putin qoşunların Suriyadan çıxarılmasına əmr verdi
«Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...»
-
Putin Əsəddə israr etmir
Rusiya qoşunlarının Suriyadan niyə tələsik çıxarmaq tapşırılıb...?
-
«O, xəstə küçükdür»
Trampdan ağır təhqirinə Moskva reaksiya verdi
Bu gün ermənilər Xankəndidə Kəlbəcərdə öz ata-babalarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə qondarma məhkəmə prosesi qurublar.
Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov işğal olunmuş Kəlbəcərdə anadan olsa da, Rusiya vətəndaşıdır.
Demək Rusiya öz vətəndaşının hüquqlarını qorumalıdır.
Məsələ ilə bağlı QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Vaxt.az müraciəti olduğu kimi təqdim edir:
«Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putinə
Hörmətli cənab Prezident!
Çağdaş zamanda dünyanın bir çox ölkələrinin əraziləri işğal edilir, günahsız insanların qanı axıdılır, əsir və girov götürülür
Daimi gərginlik mərkəzi olan bölgələrdən biri də Cənubi Qafqazdır
Regionda yerləşən Ermənistan öz silahlı qüvvələrinin birbaşa iştirakı ilə Azərbaycanın 20 faizini işğal edib, minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə azərbaycanlı bu işğal nəticəsində öz doğma evlərindən ayrılıb, itkin düşüb, fiziki sağlamlığından məhrum olub, bir milyondan artıq insan köçkün olub..
Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir. Bunun nəticəsidir ki, 2014-cü ilin iyul ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna - öz doğmalarının qəbirlərini ziyarətə getmiş 3 azərbaycanlıdan biri - Həsən Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, ikisi – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülmüşdür Onların beynəlxalq konvensiyalarla təsbit olunmuş insan hüquqları kobud şəkildə pozulmuşdur.
Hörmətli cənab Prezident,
Girov görtürülən azərbaycanlılardan biri - Dilqəm Əsgərov Azərbaycanın Kəlbəcər rayonunda doğulsa da, Rusiya vətəndaşıdır. Rusiya Prezidenti kimi Siz öz vətəndaşlarınızın hüquqlarını hər zaman qorumusunuz və bu addımınız Dilqəm Əsgərovun yaxın zamanlarda girovluqdan azad edilməsində mühüm addımlar atacağınıza bizdə əminlik yaradır.
Sizə müraciət edərək öz doğma kəndində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun, həmçinin onunla birlikdə girov götürülmüş Şahbaz Quliyevin azad edilməsinə kömək göstərməyinizi xahiş edirik.
Həm Rusiya Prezidenti, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi nüfuzunuzdan istifadə edib bu müraciətə həssas yanaşacağınıza ümid edirik
Əvvəlcədən minnətdarlığımızı bildiririk».
QHT Şurası nəzdində Media-İşçi Qrupu