vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜƏLLİF  
16:20 | 19 dekabr 2014 | Cümə Məqaləyə 3583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Keşişlikdən qovulan dahi»

Vinsent, sən dünyada olmayanda dünya sənin nə demək istədiyini anlayacaq... (İrvinq Stoun)

Kənan HACI

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəhvə, çörək və kəsmik...

Onun gündəlik qida rasionu bundan ibarət idi. O, ruhunu beləcə müalicə edirdi. Başqa cür bir saat, bir dəqiqə də Borinajda kömürçıxaranların yanında qala, onlarla birlikdə yaşaya bilməzdi. Onun ruhi tarazlığı məhz elə Borinajda pozuldu; sosial bərabərsizliyin tüğyan etdiyi bu cəhənnəm səltənətində o, vaizlik edə bilməzdi; insanlara yalan danışmaq onun xarakterinə yad idi.

Keşişlər onu vaizlikdən kənarlaşdırırlar. İnsanlar ona qorxunc, bədheybət bir adam kimi baxır, onlara bənzəmədiyi üçün onunla yaxınlıqdan qaçırdılar. O isə inadla insanları kətana köçürürdü, natura ona müqavimət göstərsə də təslim olmurdu, elə hey gecə-gündüz bilmədən işləyir, peşəkarlığa yiyələnirdi. Özlərində olmayan xüsusiyyətləri onda görən adamların beyni onu həzm edə bilmirdi, o isə insana doğru elə sürətlə şığıyırdı ki, cəmiyyətdə çaxnaşma yaranırdı.

O, insanla torpaq arasında pozulmuş rabitəni öz  fırçasıyla bərpa etmək istəyirdi. «İnsanı və torpağı bir-birindən ayıran kəskin xətt lazım deyil. Bütün bunlar torpağın bir-birinə keçən, bir-birindən ayrılmayan müxtəlif  formalarıdır, onlar ayrılmaz olur, bu isə mahiyyətcə vahid olan iki formadır, bu formaları bir-birindən ayırmaq, demək olar, qeyri-mümkündür».

Vaxtilə o favorit idi, tezliklə Avropanın ən zəngin rəsm qalereyalarını fəth edə bilərdi. Bəs nə baş vermişdi? O, Van Qoqlar nəslinin ümidlərini niyə puç elədi?

Qəhvə, çörək və kəsmik...

O, dünyanın maddi nemətlərini özünə qadağan eləmişdi.  Veysenbruxun dediyi kimi, o, olduqca möhkəm materialdan biçilmişdi; onu əymək, sındırmaq, getdiyi yoldan döndərmək qeyri-mümkün idi. O, hardasa İsaya bənzəyirdi, çiyninə düşən fövqəladə missiyanı özü də bilmədən comərdcəsinə daşıyırdı. O, mənəvi zülmə düçar olanlara kömək etmək arzusuyla qıvrılırdı, ilk dəfə kömürçıxaranların rəsmini çəkmişdi, amma onların üzü tabloda əks olunmamışdı. O bunu qəsdən etməmişdi, sonsuz tantal əzabları zavallıların üzünü qaşıyıb tökmüşdü, onların üzü yox idi.

Vinsent yer üzündə yaşamağa mənəvi rahatlıq axtarırdı, amma getdiyi bütün yerlərdə - yeraltı mağaraya bənzəyən Borinajda, Haaqada, qaynar Parisdə, qorxunc küləklərin və yandırıcı günəşin at oynatdığı Arlda, soyuq sakitliyi və ahəngdar təbiəti ilə ruha dinclik gətirən Sen-Remidə, nəhayət ruhunun əbədi dinclik tapdığı Overdə belə dinclik və toxtaqlıq tapa bilmədi. Mendesin Rembrant haqqında dediyi sözləri eynilə Van Qoqa da aid etmək olar:

«Onun həyatının kitabı bağlandı və bu, necə də gözəl kitab idi!»

Bu gözəl kitabı İrvinq Stoun yazıb - «Yaşamaq yanğısı». Bu kitabı oxuyanlar əsl yaşamaq yanğısının nə demək olduğunu anlaya bilərlər. Emil Zolya özünün «Jerminal» əsərində Borinajda kömürçıxaranlara vaizlik edən dünyəvi Məsihin obrazını yaradarkən onun məhz Van Qoq olduğu ağlına belə gəlməyib. O, özünün yaratdığı obrazla Parisdəki kafelərdən birində təsadüfən rastlaşır və söhbət əsnasında həmin vaizin Van Qoq olduğunu bilir və heyrətlə içini çəkir: «Deməli, həmin o ikinci Məsih sizsiniz!»

İrvinq Stounun adını çəkdiyimiz əsərində yazıçı ilə rəssamın görüşü ustalıqla təsvir edilib. «Yazıçı və rəssam müxtəlif vasitələrdən istifadə etsələr də, eyni fikri ifadə edirlər».

Gərgin ruhi təbəddülatlar, sarsıntılar onun əsəblərini sıradan çıxarır. Xristina onun xilas cəhdi idi, ona ilk zərbəni Ursula vurmuşdu; onun saf sevgisini rədd etmişdi. Van Qoqun inamı sarsılmışdı, hər dəfə özünütəsdiq cəhdləri uğursuzluqla nəticələnirdi. 

O, əsəbindən bir qulağını kəsir, bir müddət ruhi xəstəxanada müalicə alır. Amma... bütün bunlar əbəs idi. O artıq bütün dünyadan halallıq istəyirdi,  «nə çəkmək lazım idisə, artıq hamısını çəkmişdi, nə demək istəyirdisə, artıq hamısını demişdi».

Onun bu dünyaya deyəcək yalnız bircə sözü qalırdı: indi isə mən ölmək istərdim.

Vinsent Van Qoq Overdə, Uaza çayının sahilində dəfn olundu, yatdığı torpağın ətrafında günəbaxanlar əkdilər ki, onu günün yandırıcı istisindən qorusun.

Vaxtilə Londonda rəsm satan bir tacirin Van Qoq haqqında peyğəmbərcəsinə dediyi bu sözlər az sonra öz təsdiqini tapdı:

«Gün gələcək, bu kürən dostumuz bütün Avropa incəsənətinə hökmranlıq edəcək!»

Van Qoq o günü görmədi...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)